Qaynarinfo xəbər verir ki, ölkənin Aşağı Şabelle bölgəsində yerləşən bir stadionda baş verən partlayış nəticəsində aralarında futbolçuların da olduğu 5 nəfər ölüb, 10 nəfər yaralanıb
Aşağı Şabelle bölgəsinin rəhbərinin müavini Abdifatah Haci Abudlle yerli mediaya açıqlamasında Barave qəsəbəndəki stadionda yerli komandanın oyunu zamanı stadiona əvvəlcədən yerləşdirilmiş bombanın partladığını bildirib. O, terror aktının "Eş-Şebab" terror təşkilatı tərəfindən törədildiyini deyib.
Bu arada "Eş-Şebab" terror təşkilatı da özünə yaxın media orqanları vasitəsi ilə açıqlama yayaraq məsulmiyyəti üzərinə götürüb. Hətta terrorçular partlayış zamanı Uqanda əskərlərinin də aralaında olduğu yerli dövlət məmurlarının həlak olduğu iddia edilib.
"Reuters"in məlumatına görə, bu "Eş-Şebab"ın idman arenasında törətdiyi ilk terror aktı olub.
MilliYol.Az
Digər xəbərlər
loading...