Bayılda sürüşmə sahəsində dağılmış evlərə görə veriləcək maddi yardım müəyyənləşib

Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məqsədilə Baş nazir Artur Rəsi-zadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb
Ətraflı

“Vladimir Putinlə aramızda qapalı mövzular yoxdur” - İlham Əliyev

“Hər hansı dövlətlərarası münasibətlərdə, xüsusən qonşu ölkələr, çoxillik tarixi əlaqələri olan ölkələr arasında münasibətlərdə liderlərin şəxsi əlaqəsi həmişə mühüm rol oynayır. Əlbəttə, Prezident Vladimir Vladimiroviç Putin ilə bizim şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir. Bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır”
Ətraflı

Qaçqın - məcburi köçkün korrupsiyası - Tender oyunları

Azərbaycanda tenderlərin necə keçirildiyi hər kəsə məlumdur. Tenderlər məmurlar üçün dövlət büdçəsini talamağın əsas yolu olaraq qalır. Qaçqın və məcburi köçkünlərlə bağlı heyata keçirilən dövlət proqramlarının icrası ilə bağlı keçirilən tenderlərdə də bnə yazıq ki, böyük korrupsiyaya yol verilir. Bu haqda meydan tv-nin hazırladığı yazını qısa ixtisarla təqdim edirik
Ətraflı

Azərbaycan GUAM-dan çıxmayacaq - Rəsmi

Baxmayaraq ki, neçə illərdir Demokratiya və iqtisadi inkişaf naminə regional təşkilat olan GUAM-ın qaçılmaz iflası barədə fikirlər səslənir, bu struktur yaşamaqda davam edir və fəaliyyət göstərir. Düzdür, müəyyən dövrlərdə gözlənilən qədər fəallıq göstərmir, amma artıq on ildir ki, mövqeyini də əldən vermir
Ətraflı