Anşel Pfeffer
“Haaretz”
Keçən həftə iki hadisə həqiqətən, daha çox maraq doğurmalı idi. Martın 22-də Ben-Qurion hava limanından havaya qalxan ilk “Air India” təyyarəsinin Dehliyə uçuşu Səudiyyə (və Oman) ərazisindən həyata keçdi. Bu, Səudiyyə hava sahəsindən daha qısa marşrut kimi istifadə etməklə, İsraildən reallaşdırılan birinci uçuşu idi.
Sabiq ABŞ diplomatı Aaron David Miller bu yaxınlarda xatırladıb ki, hətta Oslo prosesində fələstinlilər İsraillə sülh sazişinə çox yaxın olsa da, səudilər İsrailə bu jestlə təşəbbüsü ələ alıblar. Bu indi, müzakirə prosesinin donduğu məqamda baş verir.
Eyni zamanda, Yunanıstan səmasında Birləşmiş Ərəb Əmirliklərinin “Mirage 2000” qırıcı təyyarəsi və İsrail Hava Qüvvələrinin “F-16”-ları beynəlxalq təlimdə iştirak edib.
Bir həftə əvvəl isə Səudiyyə, Əmirlik, Qətər və Oman rəsmiləri Qəzzada humanitar vəziyyətin yüngülləşdirilməsi yollarını müzakirə etmək üçün Ağ Evdəki birgünlük sammitdə israilli vəzifədaşları ilə eyni masa ətrafında toplaşıblar. Onlar Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə Tramp administrasiyasını boykot etmiş Fələstin Rəhbərliyindən fərqli mövqe ortaya qoyublar.
İsrailin Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə fələstinlilərin hesabına açıq əməkdaşlığı elə tez baş verib ki, bu dəyişikliyin normaya çevrilməsi sezilməyib. Halbuki keçən il İsrail Baş Qərargahının rəisi Qadi Ayzenkot və onun səudiyyəli vəzifədaşı Əbdül Rəhman bin Saleh əl-Bünyan ABŞ komandirləri üçün konfransda görüşüb, amma indi bu görüş digər hadisələrlə müqayisədə, çox sönük görünür.
Amma səudilərin və Körfəz qonşularının siyasəti həqiqətən, dəyişibmi?
Birləşmiş Ştatlara səfərdə şahzadə Məhəmməd bin Salmanı (MBS) müşayiət edən Səudiyyə xarici işlər naziri Adil əl-Cübeyr Vaşinqtondakı Brukinqs İnstitutunda çıxış edərkən, təkidlə deyib ki, səudilər öz orijinal sülh planından ikiəlli yapışıblar və yalnız fələstinlilərlə sülh sazişi Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin formal təşviqi ola bilər. O, həmçinin Qüdsün İsrailin paytaxtı kimi tanınmasını uğursuzluq kimi səciyyələndirib.
Beləliklə, Səudiyyə Ərəbistanının bu gün verdiyi “hədiyyələr” nələrdir və onlar nəyə təşviq etməlidir?
Cübeyrin söylədiyini ciddi qəbul etdikdə, səudiyyəlilər ancaq Fələstin məsələsi ilə qayğılanmış görünürlər…
O, “Brukinqs”də deyib: "Oslo prosesi zamanı israillilər, Şimon Peres kimi, "Yeni Yaxın Şərq" arzusunda idi, Riyadda və Dubayda İsrail səfirliklərinin açılışı barədə xəyallar qururdular”.
Benyamin Netanyahu diplomat kimi fəaliyyətə başlayıb, lakin o, səudiyyəlilərlə münasibətlərin digər növlərində çox maraqlıdır. Öz kabinetinin iclasında o, Səudiyyə hava məkanından birbaşa uçuşları "heç bir şübhə olmadan, zaman perspektiv ilə, tarixi hadisə” kimi səciyyələndirib.
Məhəmməd bin Salman üç il bundan əvvəl siyasi səhnəyə çıxanda, İsrail, gənc və təcrübəsiz olmasına baxmayaraq, onun səltənətdə islahatlar aparmaqda qərarı olduğunu iddia edib, “Fələstin cəbhəsi”ndə bəzi əhəmiyyətli dəyişikliklər edəcəyinə inanıb.
MBS, İsraillə sakitcə məşğul olmaq istəyən ilk Səudiyyə lideri deyil. Üstəlik hər iki ölkənin İranla bağlı narahatlıqları var.
Amma nə dəyişib?
Əsas dəyişiklik Trampın prezident seçilməsidir. Hazırkı administrasiyanın xarici siyasəti sabit olarsa, Səudiyyənin Trampla “eşqbazlığı” davamlı olacaq.
Tramp razıdır: "Biz kifayət qədər qısa müddətdə çox yaxşı dost olduq”dan sonra “yüz qırx milyard dollar" – Səudiyyə pulları Amerikaya axır.
"Bu sizin üçün fıstıqdır", – MBS açıq-aydın xəcalətlə ABŞ silah sistemlərindən danışarkən, Tramp deyib.
Tramp və MBS-nin ayrı-ayrılıqda nə istədikləri bəllidir.
Prezident Amerika tarixində ən böyük "iş yerləri yaradan başçı" olma iddiasındadır.
MBS Barak Obamadan miras qalanın son qalıqlarını qətiyyətlə tullamaq istəyir – Səudiyyə və İran arasında xarici siyasətdəki tarazlığı.
Əlbəttə, o, silah da istəyir, amma onilliklər üçün tam təchiz olunma, təlim, ehtiyat hissələri, sursatın saxlanılması əqdləri də.
Səudilər uzun bir oyun oynayır və Trampın varisinin ABŞ üçün təhlükəli olan şeyləri həyata keçirməcəyini təmin etmək istəyirlər. Vaşinqtonun gələcəkdə Obama siyasətinə qayıtmamasını…
İsrail və fələstinlilər bu tənliyin bir parçası deyil. MBS, bu administrasiyanın Fələstin dövlətinin qurulmasında maraqlı olmadığını və bundan narahat olmadığını təsbit edib.
Lakin səudiyyəlilərə xatırladılmalı daha bir şey var: İran indi İsrailin barışmaz düşməni ola bilər, amma 1979-cu il inqilabına qədər o, İsrailin yeganə strateji müttəfiqi idi.
Ayətullah Xomeyninin ardıcılları, nəhayət, Tehrandan çıxarıldıqda, İsrail və İran bir daha ortaq olacaq, lakin Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə şiə rəqibləri arasında düşmənçilik qalacaq…
MilliYol.Az
Digər xəbərlər
loading...