Türkiyə "Zeytun budağı" antiterror əməliyyatını hələ başa çatdırmayıb
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrində küçə və meydanların minalardan təmizlənməsi işləri görür.
İ.Kalın bildirib ki, Türkiyə Afrinin dinc sakinlərinə humanitar yardım da göndərir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Digər xəbərlər
loading...