Milli Məclisdə yeni təyinat

İmişli Təhsil Şöbəsində qanunsuzluq

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə İmişli rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri hesabatı müzakirə edərək təsdiqləyib.
Ətraflı

“O şəxslər dövlətin gözləntilərini doğrultmur“ - MÜSAHİBƏ

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iyulun 7-dən 10-dək Qarabağ və Gəncəbasar bölgəsində səfərdə olub. O, Bərdə İmamzadəsində, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Naftalan, Yevlax Cümə məscidləri və ziyarətgahlarında yerli və ətraf rayonların ziyalıları, din xadimləri ilə, eyni zamanda, bir neçə hərbi hissədə görüşlər keçirib.
Ətraflı

Bayram namazının vaxtı bəlli oldu

Ramazan bayramı namazı iyulun 6-da qılınacaq. Bu barədə anspress-ə Məşhədi-Dadaş məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, bayram namazının səhər saat 08:00 və 09:00-da qılınacağını deyib.
Ətraflı

Beynəlxalq Bankla bağlı yeni komissiya yaradıldı - QƏRAR

Nazirlər Kabineti “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar verib.
Ətraflı