Dünən axşam Fransanın Nitsa şəhərində 84 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən törədilən terror hücumunun videogörüntüləri yayılıb.
Publika.az xəbər verir ki, terrorçu yük maşınını Bastiliya qalasının alınması günü münasibətilə keçirilən bayram yürüşündə sürətlə izdihamın üzərinə sürür.
Hadisə şahidlərinin sözlərinə görə, izdiham arasında dəhşətli anlar yaşanıb. Ölənlərin arasında uşaqlar da var.
“Biz insanların qopan əzalarının kənara uçduğunu gördük”, - deyə “Frans-Press” agentliyinin müxbiri deyir.
Araşdırmalar zamanı məlum olub ki, yük maşınını sürən şəxs Tunis mənşəli 31 yaşlı fransız olub. Lakin onun adı hələlik açıqlanmır.
MilliYol.Az
Digər xəbərlər
loading...