1000-dən artıq dəmiryolçunun maaşı mənimsənilir (Şikayət)

“Mən 1993-cü il tarixdə anadan olmuşam. 25 yaşım var. Gəncə Lokomotiv Deposunda maşinist köməkçisi vəzifəsində işləyirdim. İşlədiyim müddət ərzində heç bir nöqsana yol verməsəm də, rəis İslam Əsgərov məni işdən çıxartdı. Səbəb kimi isə subay olduğumu göstərdi; guya, yuxarıdan belə bir əmir gəlibmiş. Ancaq əslində səbəb mənim ezamiyyət, məzuniyyət və yatmamağa görə pulumu istəməyimdir”
Ətraflı

“Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın” –Tam mətn

"Bu gün biz ötən il ərzində görülən işləri nəzərdən keçirəcəyik və əlbəttə ki, gələcək planlarımız barədə danışacağıq. Şadam ki, qonaqlarımız arasında köhnə və yeni dostlarımız var. Mən, xüsusilə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər bir toplantısında iştirak edən Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi salamlamaq istərdim. Avropa Komissiyasının bu layihənin həyata keçirilməsinə dəstəyi çox mühümdür"
Ətraflı

“İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta evimizə daxil olacaq” – Erməni KİV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı Ermənistanda ciddi narahatlığa səbəb olub. Azərbaycan dövlətinin başçısının dediyi “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır… İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir” sözləri işğalçı ölkənin mediasında fəal şərh edilir Ermənistanın bir sıra KİV-ləri ölkənin hakimiyyət orqanlarını emosional və qeyri-adekvat şəkildə münasibət bildirməkdən çəkinməyə, Azərbaycan Prezidentinin çıxışını ayıq-sayıq şəkildə təhlil etməyə çağırıblar
Ətraflı