"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunadək başlayacaq"
Bunu Vyanada (Avstriya) səfərdə olan “Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri Cavid Qurbanov AzərTAc-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinə qədər olan əraziləri əhatə edəcək. Bunun üçün isə ilk növbədə texniki şərtlər ödənilməlidir: “Texniki şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 mm, Türkiyə ərazisində isə 1435 mm-ə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur”.
QSC sədri onu da bildirib ki, artıq İsveçrənin “Stadler” şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda, sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da “Stadler” şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər.
C.Qurbanov qeyd edib ki, bir hissəsi bu ilin sonunadək təhvil verilməsi gözlənilən qatarlar BTQ istiqamətində müntəzəm daşınmanı təmin edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...