Ötən il bütün dünyada dəmir pulların həcmi artsa da, Azərbaycanda banklar həmin pulları iqtisadiyyata çatdırmaqda “tənbəllik” edir
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“Banklar daşınma, çatdırılma xərclərini nəzərə alaraq, dəmir pullarla maksimum az işləyir. Baxmayaraq ki, ticarət sisteminin buna böyük ehtiyacı var. Hazırda Mərkəzi Bank ticarət şəbəkəsi ilə birbaşa, bankların iştirakı olmadan işləyir. Dəmir manatlıqlara gəlincə isə, iqtisadiyyat tələb edərsə, onlar dövriyyəyə buraxıla bilər”, – deyə E.Rüstəmov əlavə edib.
Digər xəbərlər
loading...