Milli Məclisdə yeni təyinat

Deputat: “ABŞ ədalətsizliyə, hörmətsizliyə yol verir”

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "başçısı" kimi özünü təqdim edən Bako Saakyanın Birləşmiş Ştatlara səfəri və ABŞ Konqresində görüşlər keçirməsi rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik missiyasında haqsızlığa, ədalətsizliyə və hörmətsizliyə yol verdiyini göstərir
Ətraflı

Vaqif Əsədov Faiq Ağayevə təşəkkür etdi

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov xalq artisti Faiq Ağayevin sosial şəbəkələrdə sürücünün qaydanı pozmasına səbəbi ilə bağlı yol polisinə çağırış etməsinə münasibət bildirib
Ətraflı

Eldar Quliyevin təşəbbüsü ilə Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət edilib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Azərittifaq"ın İdarə Heyətinin sədri, professor Eldar Quliyevin təşəbbüsü ilə "Azərittifaq"a tabe olan iki təhsil müəssisəsi - Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşları və tələbələri Novruz bayramı ilə əlaqədar xeyriyyə məqsədi ilə Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər.
Ətraflı

Mart ayının pensiyaları Novruza qədər veriləcək

“Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq”​
Ətraflı

Azərbaycan ABŞ-a nota verib

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb"
Ətraflı