Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "başçısı" kimi özünü təqdim edən Bako Saakyanın Birləşmiş Ştatlara səfəri və ABŞ Konqresində görüşlər keçirməsi rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik missiyasında haqsızlığa, ədalətsizliyə və hörmətsizliyə yol verdiyini göstərir
Bu barədə Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
O qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi deyil:
"Separatçıların ABŞ-a getməsi dünən, bu gün olmayıb, 1992-ci ildən indiyə qədər bu proses davam edir. Belə olan halda biz ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ münaqişəsini ədalətli şəkildə həll edəcəyinə necə ümid bəsləyə bilərik?! Təbii ki, heç cür".
Millət vəkili vurğulayıb ki, B.Saakyanın ABŞ-a səfəri Birləşmiş Ştatların siyasətində ikili standartların bariz nümunəsidir.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.
Digər xəbərlər
loading...