Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Azərittifaq"ın İdarə Heyətinin sədri, professor Eldar Quliyevin təşəbbüsü ilə "Azərittifaq"a tabe olan iki təhsil müəssisəsi - Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşları və tələbələri Novruz bayramı ilə əlaqədar xeyriyyə məqsədi ilə Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər.
Təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə pansionatda böyük konsert proqramı təşkil edilib və sakinlərinə bayram sovqatları hədiyyə olunub.
Giriş nitqi ilə çıxış edən Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə Quliyeva tədbir iştirakçılarını, pansionat sakinlərini, ümumilikdə xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi, onlara millət vəkili Eldar Quliyevin salamlarını və təbriklərini çatdırıb.
Direktor eyni zamanda, Azərbayacanda ahıllara, müharibə veteranlarına və əlillərə göstərilən dövlət qayığısından söz açaraq vurğrulayıb ki, bu kateqoriyadan olan şəxslərə dövlət qayğısı Azərbaycanda aparılan sosial siyasətin prioritet istiqamətlərindən biridir. Müstəqil Azərbaycanda ahıllar, müharibə veteranları, əlillərlə bağlı dövlət siyasəti xalqımızın ümummilli lideri Heydər Əliyevin bu insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. Onlara dövlət qayğısının ildən-ilə artması ilə müşahidə olunan bu humanist siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın veteranlara, ahıllara və əlillərə olan diqqəti daim böyük rəğbətlə qarşılanır.
Daha sonra pansionatda təşkil edilən konsert proqramında çıxış edən tanınmış incəsənət xadimləri rəngarəng musiqi töhfələri ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar. Konsertdə müəllimlər, tələbələr və pansionat sakinləri birgə rəqs edərək xoş əhval-ruhiyyə mühiti yaradıblar.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...