Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

İlham Əliyev: “Mən ölkəmizi tərifləməklə məşğulam, bunu gizlətmirəm“

"Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq"
Ətraflı

“Onların məqsədi xalqın sosial rifah halını aşağı salmaqdır” – Mübariz Qurbanlı

“Gəncədə baş verən hadisələr terror aktıdır. Bu hadisələri törədənlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. İstintaq gedir və bu şəxslərin arxasında duranların kimlər olduğu araşdırlır. İlkin məlumatlara görə, bunlar din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirən cinayətkarlardır”
Ətraflı

Allahşükür Paşazadə: “Dindarlarımızdan çox razıyam”

“İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə açılan atəş dövlətçiliyə açılan bir atəş idi. İyulun 10-da isə insanların keşiyində dayanan iki polisimizin şəhid olması bir daha göstərir ki, bu, məqsədyönlü şəkildə aparılan bir siyasət olub. Bunun arxasında Azərbaycanda iğtişaş törədilməsi məqsədini güdən, Azərbaycanın inkişafını istəməyən qüvvələr durur. Mən dindarlarımızdan, din xadimlərimizdən çox razıyam. Onların hamısı bu məsələni pislədi”
Ətraflı