Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, artıq sənədlərin qəbulu başa çatıb. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir. Həccə gedənlər avqustun 11-dən 15-ə qədər yola düşəcəklər, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.
Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...