“İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə açılan atəş dövlətçiliyə açılan bir atəş idi. İyulun 10-da isə insanların keşiyində dayanan iki polisimizin şəhid olması bir daha göstərir ki, bu, məqsədyönlü şəkildə aparılan bir siyasət olub. Bunun arxasında Azərbaycanda iğtişaş törədilməsi məqsədini güdən, Azərbaycanın inkişafını istəməyən qüvvələr durur. Mən dindarlarımızdan, din xadimlərimizdən çox razıyam. Onların hamısı bu məsələni pislədi”
APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
A. Paşazadə bildirib ki, Azərbaycanı parçalamaq istəyən qüvvələr var: “Prezident də dedi ki, islam adı altında terror törədirlər, ancaq islamın terrorla əlaqəsi yoxdur. Bir insanın həyatına qəsd edilirsə, bu əməli törədən dindən uzaq insandır və ona qarşı ölçü götürülməlidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...