Məhkəmənin Alışanova ad günü hədiyyəsi: üç məhbus, 52 il həbs cəzası

AzTV sədri Arif Alışanova, guya sui-qəsd edilməsi iddiası ilə bağlı məhkəmə prosesi sona yetib. Azərbaycan cəmiyyəti bu prosesin gedişində ictimaiyyətdən gizlədilmiş xeyli maraqlı məlumatlar ala bildi. Məsələn, məlum oldu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 6 milyon manatlıq torpaq alveri edibmiş. Bundan başqa onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. Sən demə, AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş.
Ətraflı