Məhkum edilən şəxsin vaxtilə yaşadığı evin həyətində torpağa basdırılmış tapança və narkotik aşkar edilib
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, PX-in əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
PX-nin, Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 228.1, 237.2.3 və 66.3-cü maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Dibirov Şadnus Nasruddin oğlunun əvvəllər yaşadığı Balakən rayon ərazisindəki evinin həyətində torpağa basdırılmış 1 ədəd Makarov tipli tapança və 240 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə Balakən rayon Polis şöbəsində araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...