"Ümid edirəm, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək"


Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə bu gün axşama qədər Suriyanın Afrin şəhərini nəzarətə götürə bilər

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muxtarlar toplantısında deyib. O bildirib ki, indiyə qədər Suriyanın Afrin bölgəsində 3444 PYD/YPG terrorçusu zərərsizləşdirilib: “Afrinə bir qədər də yaxınlaşdıq. Ümid edirəm ki, inşallah, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək”.

MilliYol.Az