Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş (FOTO)

Abşeron Rayon Mərkəzi Xəstəxanasında bıçaqlanma hadisəsi baş verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bıçaqlanan şəxs Abşeron rayon Mərkəzi Xəstəxanasının İnzibati Məsələlər üzrə direktor müavini Orxan Ənvərlidir (Qubranov).

Məlumata görə, tibb müəssisəsinin direktor müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Onu da bildirək ki, Orxan Ənvərli 2026-cı ilin yayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasının inzibati məsələlər üzrə direktorun müavini təyin olunub. KİV-də Orxan Ənvərlinin TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun yaxın qohumu olduğu yazılıb. O, həmçinin Bakı şəhəri 14 saylı Vəkil Bürosunda da vəkil kimi çalışır.