"Bu ekspedisiyadan gözləntilərim böyükdür. Üç gün ərzində bu regionu dərindən araşdıracaq, onun müxtəlif mədəniyyətləri, təbii sərvətləri və turizm məkanları ilə yaxından tanış olacağıq".
Bu sözləri Qarabağ və Şərqi Zəngəzura səfər edən filippinli səyyah Jan Vinsent Fransisko bildirib.
O, Azərbaycana və Qarabağ ekspedisiyasına ilk dəfə iştirak etdiyini vurğulayıb: “Mən “Philippine Global Explorer” (PGE) təşkilatının nümayəndəsiyəm. Dünən Qobustanda olmuşam. Düşünürəm ki, burada zəngin qayaüstü təsvirlər var. Eşitdiyimə görə, Azıx mağarasının da gələcəkdə turizm potensialının artırılması nəzərdə tutulur”.
Qeyd edək ki, bu gündən dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Velinin başçılığı ilə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb. Heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və s.) 40-a yakın nümayəndə daxildir. Səfər proqramına Azərbaycanın qədim tarixini özündə əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.
Bu, dünyanın əsas səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi 17-ci qrup səfəridir. Belə səfərlər işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olmağa imkan yaradır.//AZƏRTAC






























