"Şəfa" ilə oyun Ülvi İsgəndərov üçün əlamətdar oldu

Misli Premyer Liqasının XI turu "Araz-Naxçıvan"ın futbolçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.

MilliYol.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, turnirdə 200-cü matçını keçirib.

Ü. İsgəndərovun yubileyi "Şəfa" ilə səfər görüşünə (2:2) təsadüf edib. Hücumçu bu qarşılaşmalarda 25 qola imza atıb.

Debütü 2017/2018 mövsümündə gerçəkləşən futbolçu 3 klubun formasını geyinib. "Sumqayıt"da 18 (3 qol), "Qəbələ"də 118 (17 qol) dəfə meydana çıxan İsgəndərov indiki klubunda 64 dəfə (5 qol) şans qazanıb.

Qeyd edək ki, hücumçu çempionatın yüksək dəstəsində 200 və daha çox oyun keçirən 165-ci futbolçudur.