“Araz-Naxçıvan” Misli Premyer Liqasının I dövrəsində qələbə qazana bilməyib. Muxtar Respublika təmsilçisi keçirdiyi 11 matçda 4 heç-heçə edib və 7 dəfə uduzub.
MilliYol.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son 4 mövsümdə ilk dəfə iştirakçılardan biri Premyer Liqanın startında ardıcıl 11 görüşdə qələbə qazanmayıb. Sonuncu belə seriya 2022/23 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda – “Sumqayıt”la “Şamaxı” ilk 11 turda qalib gələ bilməyib.
Qeyd edək ki, 4 il əvvəl də hər iki komanda 11 matçda 4 xal toplayıb.































