Əfqan Sadıqov həbs edildi

Şagirdi döydüyü deyilən idarə müdiri vəzifəsindən azad edildi (FOTO)

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub.
 
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb.
 
R.Hacıyevin ərizəsi qəbul olunub və vəzifəsindən azad olunub.
 
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılıb. 
 
Xatırladaq ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib. 
 

Bu dövrdə xəbər yoxdur.

Şagirdi döydüyü deyilən idarə müdiri vəzifəsindən azad edildi (FOTO) - Milliyol.az