Hacıqabulda zəlzələ oldu

Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb

Azərbaycanda ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə azalıb.

MilliYol.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata əsasən, azalma xüsusilə kənd məktəblərində qeydə alınıb. Belə ki, 2025/2026-cı tədris ilində ölkənin şəhər məktəblərində 1 milyon 96.8 min, kənd məktəblərində isə 577.9 min şagird təhsil alıb.

Müqayisə üçün qeyd edək ki, 2024/2025-ci tədris ilində şəhər məktəblərində 1 milyon 98.4 min, kənd məktəblərində isə 596.7 min şagird olub.

Beləliklə, bir tədris ili ərzində şəhər məktəblərində şagirdlərin sayı 1 600 nəfər, kənd məktəblərində isə 18 800 nəfər azalıb.

Ümumilikdə, ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin sayı əvvəlki tədris ili ilə müqayisədə 20 400 nəfər azalıb.