Sabiq deputat ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib.

MilliYol.az manset.az-a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-2000-ci illər I çağırış deputatı olub.