"Naxçıvan Aqroservis" ASC-nin sədri saxlanıldı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev saxlanılıb.

MilliYol.az APA-ya istinadən xəbər verir ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.