Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçiriblər


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin 200 tərəfdarı Ukraynada mitinq keçirib

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları Ukrayna prezidenti Pyotr Poroşenkonun və baş prokuror Yuri Lutsenkonun istefasını tələb ediblər.

Onlar, həmçininin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin yaradılması və yeni seçki qanununun qəbul edilməsi ilə bağlı çağırış ediblər.
Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçiriblər - Milliyol.az