Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alındı

Rusiyada ilk dəfə meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.

MilliYol.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Qeyd olunub ki, meymunçiçəyinə Avropadan səfərdən qayıdan bir nəfərdə aşkarlanıb.