Rusiya Prezidenti Vladimir Putinlə Suriya Prezidenti Bəşər Əsəd arasında telefon danışığı baş tutub
Bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.
Telefon danışığı zamanı Bəşər Əsəd növbəti dəfə İl-20 təyyarəsinin vurulması nəticəsində rus hərbçilərin ölümü ilə bağlı rus həmkarına başsağlığı verib.
Öz növbəsində Vladimir Putin həmkarına Suriyaya müasir S-300 zenit raket komplekslərinin satışı barədə informasiya verib.
Liderlər Suriyadakı vəziyyətin uzunmüddətli həllinə nail olmaq üçün birgə səylərin və əlaqələrin davam etdirilməsi ilə bağlı ortaq mövqe nümayiş etdiriblər. (axar.az)
MilliYol.az































