Prezident Tərtərə səfərə gedib, park və su anbarının açılışında iştirak edib (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.

MilliYol.az xəbər verir ki, dövlət başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.

Dövlət başçısı səfər çərçivəsində Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasiminə də qatılıb.