PKK mağaraları məhv edildi


Türkiyənin Diyarbəkir şəhərində PKK-ya qarşı aparılan hərbi əməliyyatlar zamanı 2 terrorçu ələ keçirilib

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində terrorçuların istifadə etdiyi 9 sığıncaq və 14 mağara aşkarlanaraq istifadəyə yararsız hala gətirilib.

Bundan əlavə, hərbi birləşmələr xeyli sayda silah-sursat, məişət əşyaları və hərbi geyim ələ keçirib.

Narkoterrorizmlə mübarizə çərçivəsində Diyərbəkirin Lice və Kocaköy mahallarından tapılan 836 kiloqramdan çox narkotik vasitə də müsadirə edilib.
PKK mağaraları məhv edildi - Milliyol.az