• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

“Orta aylıq əmək haqqı 3,3 dəfə artırılıb“

16:07 07.06.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən 106-cı sessiyasında iştirak edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.

Sessiyanın plenar iclasında çıxış edən S.Müslümov strateji hədəflərin düzgün müəyyən olunmasının hər bir ölkədə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri olduğunu vurğulayıb: “Əhalinin sosial rifahının yaxşılaşdırılması, işsizliyin azaldılması, gənclərin, qadınların və digər sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, o cümlədən bacarıqların artırılması bu gün Azərbaycanda sosial iqtisadi siyasətin əsas prioritetlərini təşkil edir. Qlobal maliyyə böhranının mənfi təsirlərinə baxmayaraq, iqtisadiyyatın liberallaşdırılması, səmərəli fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması üzrə islahatlar son on ildə orta aylıq əmək haqqını 3,3 dəfə, orta aylıq pensiyanı isə 4,7 dəfə artırmağa imkan vermiş, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizliyin səviyyəsi isə 5 faizdən aşağı enmiş, 1,6 milyondan çox yeni iş yeri açılmışdır”.

Nazir BƏT-in 57 Konvensiyasına qoşulan Azərbaycanın beynəlxalq standartlara cavab verən milli əmək, məşğulluq və sosial müdafiə qanunvericiliyini formalaşdırdığını diqqətə çatdırıb. S.Müslümov bildirib ki, yeni çağırışlara uyğunlaşmaq, iqtisadi siyasətin və islahatların davamlılığını, iqtisadiyyatın rəqabət qabiliyyətini, inklüzivliyini və sosial rifahın gücləndirilməsini təmin etmək məqsədilə ölkədə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib. O, həmçinin işsizlikdən sığorta sisteminin yaradılması ilə bağlı qanun layihəsinin hazırda ölkə parlamentində müzakirə olunduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını diqqətə çatdırıb.

Ölkəmizin BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu qeyd edən S.Müslümov Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə olduğunu vurğulayıb:

“2006-2015-ci illər ərzində ölkədə əhalinin illik təbii artım tempi 1,3 faizə yaxın olmuşdur. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir. Demoqrafik baxımdan cavan yaş strukturuna malik Azərbaycanda 2015-ci ildə əhalinin ümumi yaş strukturunda 14-29 yaşda gənclərin payı 27% təşkil etmişdir. Gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 5 il ərzində 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,4%-ədək azalmışdır”.

Nazir respublikada qadınların ictimai həyatın bütün sahələrində aktiv fəaliyyət göstərdiklərini, muzdla işləyənlərin 48 faizinin, o cümlədən təhsil sahəsində muzdla işləyənlərin 76 faizinin, səhiyyədə 82 faizinin qadınlar olduğunu qeyd edib:

“Hesab edirik ki, əhalinin məşğulluğunun artırılması üçün kadr hazırlığı sistemi, o cümlədən peşə hazırlığı və əlavə təhsil sistemi dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, əmək ehtiyatları keyfiyyətcə yaxşılaşdırılmalı və onun rəqabət gücü artrıılmalıdır. Bu baxımdan peşə standartlarının hazırlanması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Son 5 il ərzində ölkəmizdə 350-dək peşə standartı hazırlanmış və işəgötürənlərin istifadəsinə verilmişdir”.

S.Müslümov bildirib ki, peşə təhsili sisteminin inkişaf etdirilməsi, təhsil və əmək bazarı arasında kəmiyyət, keyfiyyət və gözləntilər baxımından mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmiş, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb: “Ölkəmizdə müasir sosial müdafiə elementlərini özündə cəmləşdirən əhatəli və ünvanlı sosial müdafiə sistemi formalaşmışdır. Əmək və sosial müdafiə, tibbi-sosial ekpertiza və reabilitasiya sahələrində elektron texnologiyaların tətbiqi müasir və şəffaf xidmətlər sisteminin yaradılmasına imkan vermişdir. Pensiyaların təyinatı, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması üzrə elektron sistemlər və əmək münasibətlərinin keyfiyyətcə çevik mərhələyə keçməsini təmin edən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi formalaşdırılmışdır”.

BƏT-lə əməkdaşlıqdan bəhs edən S.Müslümov bildirib ki, Təşkilatla 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən Layiqli Əmək üzrə ikinci Ölkə Proqramı imzalanıb. Proqram çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2017-2030-cu illər)” layihəsi hazırlanıb, ölkədə əhalinin özünüməşğulluğunun artırılması üzrə birgə işlər aparılıb. Son 2 il ərzində Azərbaycan BƏT-in 13 müxtəlif mövzulu konfrans, seminar, təlim və digər beynəlxalq tədbirinə ev sahibliyi edib: “BƏT-in 2016-cı ilin dekabrında Moskvada keçirilmiş növbəti il üçün fəaliyyətin müəyyən edilməsi üzrə iclasında 51 Avropa ölkəsi sırasında Azərbaycan Respublikasının özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi və Üçtərəfli komissiyanın yaradılması sahəsində təcrübəsi nümunə kimi göstərilmiş və digər ölkələrə bu təcrübədən yararlanmaq tövsiyə edilmişdir”.

Nazir BƏT-in 100 illik yubileyi ilə bağlı Azərbaycanda beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə “Əməyin gələcəyi” üzrə milli səviyyədə müzakirələrin aparıldığını, bu müzakirələrin BƏT-in yüksək səviyyəli nümayəndlərinin iştirakı ilə keçirilən Konfransla yekunlaşdırıldığını diqqətə çatdırıb.

“Hesab edirik ki, müasir dünyada müxtəlif qlobal amillərin, o cümlədən demoqrafik və ətraf mühit dəyişikliklərinin əmək münasibətləri və sosial müdafiə sahəsinə yönələn təsirləri fonunda əmək bazarında sabitliyin qorunub saxlanılması, hər bir şəxs üçün əlçatan sosial təminat sisteminin qurulması, layiqli, təhlükəsiz və sağlam əməyin təmin olunması, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər sahələrdə çağırışlara cavab vermək üçün Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi hər bir ölkə üçün zəruri və əhəmiyyətlidir”, – deyə S.Müslümov çıxışının sonunda vurğulayıb.

Daha sonra iclas sessiyanın gündəliyində dayanan məsələlərin müzakirəsi ilə davam edib.

Xatırladaq ki, tədbirin gündəliyinə BƏT-in Baş direktorunun və Rəhbər Orqanının sədrinin məruzələri, BƏT-in Konvensiya və Tövsiyələrinin icra vəziyyəti, “Sülh və istiqrar naminə layiqli əmək: Məşğulluqla bağlı (müharibədən sülhə keçid)” 1944-cü il tarixli, 71 nömrəli Tövsiyənin nəzərdən keçirilməsi daxildir. Sessiyada həmçinin, BƏT-in 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət haqqında” Bəyannaməsinə əsasən əmək sahəsində fundamental prinsip və hüquqların strateji hədəflərinə dair müzakirələrin aparılması, 2017-2020-ci illər üçün BƏT-in Rəhbər Orqanına seçkilərin keçirilməsi və s. nəzərdə tutulur. Azərbaycan Respublikasının da BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyi qeydə alınıb. Bununla əlaqədar hazırda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin namizədliyinin dəstəklənməsi ilə bağlı görüşlər keçirilir.

MilliYol.Az


Etiket:

Digər xəbərlər

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az