• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 07.06.2026 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Rusiya imperiyasının təbəələri olmuş azərbaycanlı neft milyarderlərinin xarici banklarda olan pul hesabları barədə məlumatlar müzakirə mövzusu olur.
 
MilliYol.az Azpost.info-a istinadən ki, ən geniş yayılmış məlumatda deyilir ki, 1917-ci ildə Rusiyada baş vermiş bolşevik çevrilişindən sonra bu pulların taleyi qaranlıq qalıb.
 
Qeyd edilir ki, 1920-ci ildə Azərbaycanda sovet respublikası qurulduqdan sonra Bakıda neft milyonçuları kimi məşhur olan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digərlərinin külli miqdarda pulu əcnəbi banklarda qalıb.
 
Bunların içində ən məşhur əhvalat Azərbaycanın məşhur neft milyonçusu Musa Nağıyevlə bağlıdır.
 
İddia edilir ki, onun İsveçrə bankında 413 milyon qızıl pulu qalıb. Bank həmin pulları milyonçunun yalnız varislərinə verə biləcəyini bildirib. Varislər ortaya çıxsa da, bank kod tələb etdiyindən Nağıyevin milyonları bankda qalmaqda davam edir. Milyonçunun nəvəsi Dilarə Nağıyeva ara-sıra mediaya verdiyi müsahibəslərində deyir ki, atası Fərəc Nağıyevin sözlərinə görə,  Musa Nağıyev pullarını xarici banklara yatırıb.
 
"Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib. Bankda bizdən kod istəyirlər, biz isə bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər. Çeki ona yedizdirib, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə də pulu ala bilmirik”.
 
 
Bəs varislər İsceçrə bankına müraciət edib bu pulu ala bilərmi?
 
Azpost.info-nun araşdırması göstərir ki, bununla bağlı şans yoxdur.
 
İsveçrədə 1995-ci ildən bəri qeyri-aktiv aktivlərlə işləmə qaydaları mövcuddur. Bu qaydalar ümumiyyətlə bu cür aktivlərin işlənməsini tənzimləyir və İsveçrə nəzarət orqanı olan FINMA tərəfindən təsdiqlənir. Bu qaydalara riayət etmək bank qanunvericiliyinə əsasən adi audit prosedurlarına tabedir. Qaydalar İsveçrə Bankçılıq Qanununun yenidən işlənməsi ilə gücləndirilib.
 
1 yanvar 2015-ci il tarixindən İsveçrədə bank qanunvericiliyinə ciddi dəyişikliklər qüvvəyə minib. Bu qanuna görə, istifadəsiz hesabın tələb edilməsi üçün maksimum müddət 60 ildir.
 
İsveçrə bankları artıq Rusiya İmperiyasından tələb olunmamış şəxsi hesabları saxlamır. Araşdırmamız göstərdi ki, İsveçrə qanunvericiliyi bolşevik inqilabından əvvəlki əmanətlərin axtarışını tamamilə dayandırıb və tələb olunmamış bütün köhnə aktivlər ləğv edilib və ya dövlətə verilib.
 
Beləliklə inqilabdan əvvəlki hər hansı şəxsi əmanətlərin axtarışı qanuni olaraq qeyri-mümkün hala gəlib.
 
2015-ci ilin yanvar ayından qüvvəyə minmiş bu qanuna görə, banklar müştəri ilə son əlaqəsi 60 il və ya daha çox əvvəl baş vermiş aktivlər haqqında məlumatları elektron platformalarında dərc etməlidirlər.
 
Hər bir müştəri üçün 500 İsveçrə frankından çox dəyərində olan bütün təsirə məruz qalan aktivlər, eləcə də seyflər barədə məlumatlar mərkəzləşdirilmiş məlumat bazasına daxil edilib. Yalnız bank ombudsmanı qanuni iddiaçılar adından axtarış aparmaq üçün bu məlumat bazasından istifadə edə bilər.
 
Müştəri ilə son əlaqədən altmış il sonra, qanuni sahib artıq tapıla bilməzsə, bu aktivlər https://www.dormantaccounts.ch saytında onlayn dərc olunur.  Qanuni iddiaçı göstərilən müddət ərzində dərclə bağlı bankla əlaqə saxlamazsa, banklar aktivləri İsveçrə hökumətinə (xüsusən də Federal Maliyyə Orqanına) köçürməlidirlər.
 
 
Azpost.info həmin saytda Musa Nağıyevlə bağlı axtarış aparsa da onun adının məlumat bazasında olmadığını öyrənib.
 
Qeyd edək ki, istifadəsiz aktivlər müştəri ilə son əlaqədən sonrakı 60 il ərzində əvvəlcədən xəbərdarlıq edilmədən federal hökumətə köçürülə bilər. Aktivlər federal hökumətə köçürüldükdən sonra həmin aktivlərlə bağlı bütün iddialar etibarsız olur.
 
Belliklə qanuna görə, 60 ildir tələb olunmayan aktivlər rəsmi olaraq Konfederasiyanın mülkiyyətinə keçir. Bu proses başa çatdıqdan sonra varislərin və ya keçmiş sahiblərin hüquqları əbədi olaraq ləğv edilir.
 
Keçmiş Rusiya İmperiyası ilə Avropa ölkələri arasında bütün rəsmi borclar, kreditlər və dövlət maliyyə iddiaları keçmiş SSRİ və Rusiya Federasiyasının 20-ci əsrin sonlarında imzaladığı müqavilələrlə həll edilib.
 
 
Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi Musa Nağıyev 1848-ci ildə anadan olub.
 
Bakı milyonçusu  Ağa Musa Nağıyev  Nobel qardaşlarından sonra, Bakının iri neft maqnatları arasında ən varlı və ən mötəbər insan kimi tanınırdı. Yük daşımaqdan (hambalçılıqdan) böyük firmanın sahibliyinə çatanadək ağır bir həyat yolu keçən Ağa Musa Nağıyev neftin və işgüzarlıq istedadının hesabına milyonçu olmuşdu.
 
 
Onun tikdirdiyi 98 bina  Bakının memarlıq möhürünə çevrilib.
 
Oğlu İsmayılın xatirəsinə həsr olunmuş bina bu tikililər içərisində şah əsər sayılır. İndiki İstiqlaliyyət küçəsində yerləşən  qotik üslubdakı "İsmailiyyə” binası (1908-1913) öz harmoniyası ilə bir simfonik əsər təəssüratı yaradır.
 
1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızıl pulla yetmiş milyon manatı varmış. Mirasın ümumi dəyəri isə bundan qat-qat çox idi.
 
Musa Nağıyev 1919-cu ilin martında 67 yaşında vəfat edib.

Etiket:

Digər xəbərlər

Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az