2026-cı ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə 633 milyon 116,8 min nəfər sərnişin daşınıb.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin eyni dövründə bu göstərici 582 milyon 100,8 min nəfər təşkil edib.
Beləliklə, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının həcmi illik müqayisədə 51 milyon 16 min nəfər və ya 8,8 faiz artıb.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə 47 milyon 820,1 min ton yük daşınıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında avtomobil nəqliyyatı ilə 45 milyon 28,3 min ton yük daşınmışdı.
Nəticədə yükdaşımaların həcmi 2 milyon 791,8 min ton və ya 6,2 faiz artıb.
Digər xəbərlər
loading...