Fillippin terrorun ən vəhşi üzünə bir daha şahid olub.
MilliYol.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, terrorçulardan biri paytaxt Manilada yerləşən "Resorts World Manila" otelində qətliam törədib. Hadisə zamanı azı 36 nəfərin həyatatını itirdiyi bildirilir.
Kimliyi açıqlanmayan şəxs gecə yarısı otelin qumarxanasına daxil olaraq tüfənglə ekranlara atəş açıb. Oteldə panika yaşanıb. 2,3 milyon dollar dəyərində olan oyun jetonlarını çantasına yığan şəxs, otaqlardan birinə girərək üzərinə benzin tökərək özünü yandırıb.
Verilən açıqlamada bir çox insanın yanğın səbəbiylə ortaya çıxan tüstüdən zəhərlənərək öldüyü qeyd edilib. Hadisə yerindən qaçaraq xilas olmağı bacaranlar tüstünün otelin hər tərəfinə yayıldığını və olayın 2 saatdan artıq davam etdiyini deyiblər.
Filippin polisi hadisənin terror hücumu deyil, adi bir oğurluq hadisəsi olduğunu bildirsə də İŞİD terror qruplaşması qətliamı törədən şəxsin qruplaşma üzvü olduğunu açıqlayıb.
Hökumət sözçüsü Ernesto Abella da olayın terrorla əlaqədar olmadığını deyib:
"Hadisəni törədən şəxs çox güman ki, psixi cəhətdən sağlam olmayan biridir. Onun qumarxanada atəş açmasına baxmayaraq insanları vurmaq istəməməsi açıq şəkildə bəlli olub. Həyatını itirən 34 nəfərin isə boğularaq öldüyü güman edilir".
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...