• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Bakı məktəblərində Azərbaycan bölməsi bağlanır

23:30 03.06.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Son 5-6 ildə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb.
Bakı şəhər Təhsil İdarəsindən anspress-ə verilən məlumata görə, evində rusca danışmayan ailələrin də övladlarını rus məktəblərinə verməsi bu sahədə problemlər yaradır və paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. 

Əgər məktəblərin Azərbaycan bölmələrində bir sinifdə 23-24 şagird olursa, rus bölmələrində şagird sayı 40-a çatır.  Bakı şəhər Təhsil İdarəsinə tabe olan məktəblərdə 355247 nəfər şagird var və onların 55775 nəfəri, yəni 15,7 faizi rus bölməsində oxuyur. Birinci siniflərdə isə vəziyyət daha gərgindir, 44168 nəfər şagirdin 7666 nəfəri, yəni 17,4%-i rus bölməsində oxuyur. Göründüyü kimi, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər yüksəkdir.    

Azərbaycan üzrə də rəqəmlər təxminən buna uyğundur. Ölkənin rus bölməsi mövcud olan 300-ə yaxın ümumtəhsil məktəbinini rus bölməsində 170 minə yaxın şagird oxuyur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə ciddi artım yarandığını görmək olur. 1990-cı illərin sonlarında rus bölməsində  107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7%-ə çatırdı.  

Ən dəhşətli vəziyyət isə Bakının 15 elitar məktəbindədir. Təhsil Nazirliyinin yaydığı məlumata görə, 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə, yəni Bakıda birbaşa nazirliyə tabe olan 15 məktəbdə ümumilikdə, 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub. Göründüyü kimi, rus bölməsinin payı 51,5%-dir və paytaxt elitasının övladlarının təhsil aldığı məktəblərdə artıq Azərbaycan bölməsi tarixə qovuşmağa doğru gedir.    

Həm də rus bölmələrində artan şagir sayını isə pedoqoji kadrlarla təmin etmək mümkün deyil. Bakı şəhər Təhsil İdarəsinin ali təhsil məktəblərinin məzunları arasında apardığı sorğu nəticəsində məlum olub ki, pedoqoji ixtisasların rus bölməsini bitirənlərin yalnız 5%-i orta məktəblərdə müəllim işləməyə hazırdır. Qalan məzunlar isə iş həyatını başqa sektorlarla bağlamaq istədiklərini bildiriblər. Səbəb də aydındır - indi Bakıda bütün şirkət və qurumlarda işçi götürən zaman üç dildə - rus, ingilis və Azərbaycan dillərində sərbəst danışmaq, yazıb-pozmaq tələb edilir.  Yəni məzunların daha rahat və gəlirli iş tapmaq şansı yüksəkdir.

Bəlkə də, elə bu məsələ Azərbaycanda rusca təhsili yenidən dəbə salan amillərdən biridir. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü anspress-ə müsahibəsində bu prosesin artıq 6-7 ildir ki, müşahidə edildiyini bildirir:

"1990-cı illərin ortalarından fərqli olaraq indi rus bölməsini maraq bir neçə dəfə artıb. Sanki 1960-70-ci illərin imperiya dövrünü yaşayırıq. Hətta rayon qeydiyyatında olan və  rusca bilməyən ailələr də uşaqlarını rus məktəblərinə qoymaq istəyirlər".

Məlahət Mürşüdlünün sözlərinə görə, ailələri rus dilində təhsilə meylləndirən əsas səbəblərdin biri rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlıdır: "Rus bölməsinin müəllimləri müasir üsullarla tədrisi daha asan mənimsəyirlər. Azərbaycan bölməsində isə vəziyyət fərqlidir, kurrikulum və s. kimi yenilikləri mənimsəməkdə çətinlik çəkirlər. Həm də Rusiya ilə əlaqələr artıqca rus dilinə ehtiyac da artır".

Bakı şəhər Təhsil İdarəsi bu məsələyə maksimum şəkildə mane olmağa çalışır. Məktəblərdə xüsusi komissiya yaradılıb və rus dilini bilməyən uşaqlar avtomatik  olaraq  Azərbaycan bölmələrinə göndərilir. Azərbaycanın kəndlərindən gəlmiş valideynlər isə övladlarını rus məktəblərinə yerləşdirmək üçün hər cüt üsullara əl atırlar. Bəziləri bir ilədn sonra Rusiyaya köçəcəklərini iddia edirlər və s...    

Təbii ki onlara məntiqli cavablar verilir. Amma nəyin bahasına olursa-olsun övladına rus dili öyrətmək istəyən valideynlər uşaqlarına kiçik yaşlarından rus dili öyrətməyə çalışırlar, onları rus dilli bağçalara qoyurlar. Bunun nəticəsidir ki, Bakıdalı özəl bağçalarda Azərbaycan bölməsini bitirənlərə yer tapılmır. Valideynlər bağçaya ayda 400 manata qədər xərcləyərək uşaqlarının rus dilini öyrənməsinə çalışırlar.   

Göründüyü kimi, Bakının təhsil sektorunda ciddi problem başlayıb. Xüsusilə rayonlardan gəlmiş valideynlər imperiya dövrünün nostaljisinin təsiri altında o qədər də vacib olmayan həvəsə külli miqdarda vəsait xərcləyirlər. İlk baxışdan elə də ciddi görünməyən bu problem bir neçə ildən sonra ali təhsildə özünü qabarıq göstərməlidir. Ali məktəblərin rus bölmələrində yer sayının daha az olduğu nəzərə alınarsa, bu məzunların universitetlərə qəbulunda problem yaranacaq. Nəticədə, bir çox məzunlar Rusiyanın ikinci dərəcəli ali məktəblərinə üz tutacaqlar. Təbii ki, belə olan şəraitdə onların Azərbaycana geri dönərək iş bazarında yer tutması çətinləşəcək. Bu isə uyğun olaraq ölkədən miqrasiyanı artıran amilə çevriləcək. 

Məlahət Mürşüdlü bu problemi həll  etmək üçün  Azərbaycan bölmələrində təhsil səviyyəsini yüksəltməyi məsləhət verir. Həmçinin Azərbaycan bölmələrində  rus dilinin tədrisi də gücləndirilməlidir. Hazırda elə məktəblər var ki. rus dili həftədə 1 saat belə tədris edilmir. Məlahət Mürşüdlü məktəblərdə 5-ci sinifdən başlayaraq həftədə 2 saat rus dili tədris etməyi vacib sayır. Yəni istəyən şagird rayonda və ya paytaxtda yaşamasından asılı olmayaraq rus dilini öyrənə bilər. Bir az artıq istəyənlər repetitor yanına gedə bilər və s.   

Hər halda, bu, külli miqdarda vəsait xərcləyərək şagirdə yarımçıq rus dili öyrətmək naminə onu Azərbaycan mədəniyyətindən uzaq salmaqdan yaxşıdır. Sirr deyil ki, indi Azərbaycanda rus bölməsini bitirənlərin əksəriyyəti rusca normal danışa bilmirlər. Rusca akademik səviyyədə bilməyən bu şagirdlərin əksəriyyəti digər fənləri də öyrənə bilmirlər. Yəni valideynlər külli miqdarda vəsait xərcləyərək həm də övladlarını savadsızlaşdırırlar. Nəticədə, rus bölmələrinin məzunları Rusiya bazarları üçün potensial ucuz işçi qüvvəsinə çevrilirlər.        

Bu məsələnin mənəvi tərəfi də var. Rusiya milli fikrinin atalarından biri Nikolay Çernışevski bildirirdi ki, hər bir kəs məktəbini bitirdiyi millətin övladıdır. Volqaboyunun və Sibirin bir çox türk və uqor xalqlarının taleyi bu böyük alimin dediklərini təsdiqlədi. Azərbaycanlılar da eyni yolla gedə bilərlər. Bizdə rus bölməsini bitirənlərin payı artdıqca gələcəkdə ölkəni iki yol ayrıcında qoya bilərlər: ya Rusiyaya miqrasiya edərək Azərbaycanı demoqrafik problemə sala bilərlər, ya da güclərinə inamları çatsa, Azərbaycanı Rusiyaya çevirə bilərlər. Hər iki variantda da ölkənin gələcəyi üçün faciə vəd edilir və təhsil sektorunu idarə edənlər buna diqqət yetirməlidirlər.    

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az