• Xəbər lentİ
Fləş

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

SOS: Azərbaycanda şiş xəstəlikləri artır

16:23 03.05.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Həkimlərdən xəbərdarlıq

Adil Qeybulla: “Hər bir insanda xərçəng əleyhinə müdafiə sistemi var”; Seyfəddin Əsəd: “Səbəb həm də müxtəlif kimyəvi tərkibli dərmanlardır”

 Ölkəmizdə onkoloji xəstələrin sayı artıb. Nəinki ölkəmizdə, demək olar ki, dünyada onkoloji xəstələr getdikcə çoxalır. Bugünlərdə Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin statistikası açıqlanıb.

Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli "Trend"ə deyib ki, 2016-cı ilin məlumatına görə, ölkədə 43 927 nəfər onkoloji xəstə qeydiyyatdadır. 2015-ci ildə isə Azərbaycanda belə xəstələrin sayı 40 653 olub. Onun sözlərinə görə, 2015-ci ildə 10 183 nəfərə, 2016-cı ildə isə 10 807 nəfərə ilk onkoloji diaqnoz qoyularaq qeydiyyata götürülüb. Baş onkoloq əlavə edib ki, 2013-cü ildən indiyədək Azərbaycanda 620 uşaq onkoloji xəstəliyə görə qeydiyyata götürülüb.

Ötən il ərzində 121 uşaq ilk dəfə olaraq onkoloji diaqnozla qeydiyyata alınıb. A.Kərimli əlavə edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox təsadüf olunan onkoloji xəstəlik traxeya-bronx-ağciyər xərçəngidir. Bu xəstəlinə ən çox kişilərdə rast gəlinir. Prostat vəzin xərçəngi də kişilər arasında rast gəlinən onkoloji xəstəliklər sırasında ilk yerləri tutur. Qadınlar arasında isə daha çox süd vəzisi və uşaqlıq boynu xərçəngi müşahidə olunur.

A.Kərimli bildirib ki, 2015-ci ildə ilk dəfə 1693 nəfər qadına süd vəzisi xərçəngi diaqnozu qoyulubsa, 2016-cı ildə bu rəqəm 1770 nəfər olub. Baş həkim qeyd edib ki, 2015-ci ildə profilaktik baxış zamanı 506, 2016-cı ildə 522 nəfərdə onkoloji xəstəliklər aşkarlanıb. Lakin onkoloq onkoloji xəstələrin ümumi sayını əhalisi getdikcə artan Azərbaycan üçün o qədər də böyük rəqəm saymayıb.

O, eyni zamanda Azərbaycandakı onkoloji xəstələrin sayının digər ölkələrlə müqayisədə aşağı olduğunu söyləyib: “43 927 rəqəmi ilk baxışdan böyük görünə bilər. Amma demoqrafik göstəriciləri nəzərə almaq lazımdır. Artıq Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. Əhali artdıqca isə yalnız onkoloji deyil, digər xəstəliklərin göstəriciləri üzrə də artımın olması gözləniləndir”.

Maraqlıdır, Azərbaycanda onkoloji xəstəliklər niyə artır? Bu nə ilə bağlıdır, hava, qida, yoxsa tamamilə başqa səbəblər var?

Tibb elmləri doktoru, professor Adil Qeybulla xərçəng xəstəliyi yaradan səbəblərin çoxsaylı olduğunu dedi: “Bu xəstəlik bütün dünyada artmaqdadır. Əslində bu bütün dünya əhalisinin çoxalması, ekoloji problemlər, qidalanma, insanların həyat tərzlərinin, adətlərinin dəyişməsi və s. ilə bağlıdır. Ona görə də bu məsələyə qlobal bir problem kimi yanaşılmalıdır. Əlbəttə ki, hər bir ölkə özünün təhlükəsizlik və genofondun qorunması məqsədilə müvafiq addımlar atmalıdır. Məsələ budur ki, bu gün bütün dünyada konservləşmiş qidaların, fast-foodların istifadəsi insanların çəkisini artırır. Həddən artıq çəkiyə malik olmaq isə ürək üçün böyük riskdir. Həmçinin maddələr mübadiləsi pozulur. Hər bir insanda xərçəng əleyhinə müdafiə sistemi var. Kökəlmə nəticəsində bu sistem normal çalışmır. Bundan başqa, insanlar az hərəkətlilik durumundadırlar. Çox qidalanma, keyfiyyətsiz qidalanma, qidalarda, fast-foodlarda həddən artıq xüsusi konseregen maddələrin olması, bundan başqa, insanların az hərəkət etməsi bu xəstəliyin əsasını təşkil edir. Zərərli vərdişlər, alkoqollu içkilər, siqaret bu gün dünyada artan statistikanı göstərir. Təəssüflər olsun ki, qadınlar arasında siqaret çəkən və alkoqollu içki qəbul edənlərin sayı Azərbaycanda da, dünyada da artmaqdadır. Təbii ki, bu cür həyat tərzi, qidalanma rejimi vəziyyəti bu həddə çatdırmağa kömək edir. Xərçəng xəstəliyinə bir səbəb də avtomobillərdəki tullantılardır. Bakıda avtomobillər həddindən artıq çoxdur. Bu avtomobil tullantıları havada xərçəng gətirən maddələri toplayır. Bu cür səbəblər həddən artıq çoxdur. Bunları sadalamaqla qurtarmaq mümkün deyil. İdmanla məşğul olmaq, qidalanmaya fikir vermək, çox hərəkət etmək, az yemək , bir sözlə, sağlam həyat tərzinə keçmək onkoloji xəstələrin sayının azalmasına səbəb ola bilər”.

Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd isə bu xəstəliyin artmasına səbəb kimi şüalı müayinə aparatları və kimyəvi tərkibli dərmanları göstərir: “Xərçəng xəstəliyinin faizi bütün dünyada artır. Təbii ki, burada düzgün qidalanmama, az hərəkətlilik, sosial şəbəkələrin geniş yayılması və insanların şüalanması rol oynayır. Uşaqlar var ki, 18-20 saat qulaqcıqlar qulağında, görüntülər, oyunlar da telefonunda olur. Eyni zamanda təbii ki, ətraf mühitin radiasiyası, xəstələrin müayinəsi də təsir edir. Vaxt var idi rentgen bizim ən qorxduğumuz müayinə idi. Bu gün MRT və digər güclü şüası olan müayinə aparatları var. Təbii ki, insanlar məcbur olanda bu cür şüalı müayinələrdən keçməlidir. İnsanlar var ki, 2-3 ayda bir dəfə rentgendən və bu kimi digər şüalı müayinələrdən keçir və xərçəng xəstəliyinə ildırım sürəti ilə yaxınlaşır. Eyni zamanda buna səbəb olaraq müxtəlif kimyəvi tərkibli dərmanları da göstərmək olar. Görürük ki, bir dərmanı 40-50 ildən sonra yığışdırırlar. Deyirlər ki, bu dərman orqanizm üçün zərərli və xərçəng törətməyə meyllidir. Təbii ki, 50 ildən sonra artıq iş işdən keçmiş olur. Dünyada və Azərbaycanda onkoloji xəstələrin müayinəsi çox sürətlə artır. Əvvəllər bu aparatlar yox idi. İndi aparatlar vasitəsilə insanın harasında xərçəng varsa, onu göstərir. Əvvəllər bu mümkün olmurdu. Ona görə də bu gün insanlar özlərindən şübhələnəndə profilaktik müayinəyə gedirlər. Müayinələr artdıqca da bu cür xəstələrin sayı da bilinir. Ancaq təbii ki, xərçəng xəstəliyinin həm müalicəsində, həm də müayinəsində inqilabi yeniliklər var. Xərçəng xəstəliklərinin elə yerləşməsi var ki, onların peyvəndi var. Bir daha qeyd edim ki, ətraf mühitin radiasiyası, havasızlıq, düzgün qidalanmamaq, qidalarda süni qatqıların çoxluğu xərçəng xəstəliyinin faiz etibarı ilə artmasına gətirib çıxarır”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az