• Xəbər lentİ
Fləş

Əjdər Həmidovun eşq elan etdiyi Əməkdar artist kim idi? (VİDEO)

09:06 / 29.06.2026

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

11:52 / 29.06.2026

Prezident "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı

10:56 / 29.06.2026

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdi (FOTO)

10:44 / 29.06.2026

Rəsmi Bakı İsraili qondarma "erməni soyqırımı" ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırdı

10:15 / 29.06.2026

"Alliance Logistics" hesabatları gizlətdiyi üçün cərimələndi

09:44 / 29.06.2026

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

09:14 / 29.06.2026

Əjdər Həmidovun eşq elan etdiyi Əməkdar artist kim idi? (VİDEO)

09:06 / 29.06.2026

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir: "Onu torpaq altında təsəvvür edə bilmirəm"

14:42 / 27.06.2026

Daha bir legioner "Qarabağ"dan getdi - Bu kluba keçdi

13:40 / 27.06.2026

Beş yüz min ev üçün ümid: Amnistiya ola bilərmi?

12:55 / 27.06.2026

Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi (FOTO/VİDEO)

12:32 / 27.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində (FOTO)

11:11 / 27.06.2026

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

10:57 / 27.06.2026

Hərbi xidmət müddəti azaldılacaq? - Rəsmi açıqlama

10:15 / 27.06.2026

Tanınmış məktəb direktoru vəfat etdi

10:08 / 27.06.2026

8 il əvvəl tikilən binanın sonuncu mərtəbəsində yeni mənzil salınaraq satışa çıxarıldı (VİDEO)

10:07 / 27.06.2026

General rütbəsi verilən zabitlər kimdir? (FOTO)

17:30 / 25.06.2026

Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

16:32 / 25.06.2026

Müdafiə Nazirliyinin 5 hərbçisinə general-mayor rütbəsi verildi

16:25 / 25.06.2026

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi

16:06 / 25.06.2026

Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi (FƏRMAN)

16:00 / 25.06.2026

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqləndi

15:48 / 25.06.2026

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqləndi

15:23 / 25.06.2026

Prezident səfiri geri çağırdı

15:20 / 25.06.2026

"Maliyyə icarəsi haqqında" qanun qüvvəyə mindi

14:20 / 25.06.2026

Qanunverciliyə "hərbi qulluqçuların şəxsi jetonu" anlayışı daxil edildi

14:18 / 25.06.2026

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

13:04 / 25.06.2026

Hövsanda əməliyyat: Dəniz sahilində külli miqdarda narkotik aşkarlandı (VİDEO)

12:25 / 25.06.2026

İƏTPİ Konfransının 20-ci sessiyası başa çatdı, Bakı Bəyannaməsi qəbul edildi

11:45 / 25.06.2026

Metroda hərəkət qrafiki dəyişir: İnterval nə qədər olacaq?

11:11 / 25.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 29 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdi (FOTO)

10:44 29.06.2026 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib.
 
MilliYol.az xəbər verir ki, IDEA İctimai Birliyi, Azərbaycan Elm və Təhsil Nazirliyi və "ThinkIn" təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib.
 
Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər.
 
Leyla Əliyeva və Alona Əliyeva festival ərazisində yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olub, milli zona, sənət emalatxanaları, yoqa və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Onlara müxtəlif əl işlərindən ibarət hədiyyələr təqdim olunub.
 
Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva festivalın hər kəsə gözəl və müsbət hisslər bəxş edəcəyinə inandığını bildirib. Leyla Əliyeva vurğulayıb ki, hər bir uşaq bir möcüzə, bir xəzinədir. Biz bunu nə qədər tez aşkar etsək, onların istedadları bir o qədər tez üzə çıxacaq. Müəllimlərin, valideynlərin və ümumilikdə böyüklərin uşaqları daha yaxşı anlamasının əhəmiyyətini qeyd edən Leyla Əliyeva mehribanlığın ən böyük xoşbəxtlik olduğunu bildirib.
 
Sonra Leyla Əliyeva müəllimlərə gördükləri məsuliyyətli işə görə minnətdarlığını ifadə edib.
 
Tədbir çərçivəsində keçirilən panel müzakirəsində ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADA Universitetinin prorektoru Vəfa Kazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar.
 
Daha sonra festival çərçivəsində keçirilən "Xeyirxahlıq Marafonu"nun qaliblərinin mükafatlandırma mərasimi olub. Məktəblər arasında xeyirxahlıq mövzusunda hazırlanmış ən yaradıcı sosial media məzmunları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib, 55, 244, 83, 156, 185, 45, 277, 144, 211, 300 və 165 nömrəli məktəblər "Ən səmimi təşəkkür", "Xeyirxah əməllər mükafatı", "Ən yaxşı ekoloji təşəbbüs" və digər nominasiyalar üzrə qalib elan olunublar. Marafon məktəblərdə xeyirxahlıq, minnətdarlıq, yaradıcılıq və həmrəyliyin gündəlik davranış mədəniyyətinə çevrilməsini təşviq etmək məqsədilə keçirilib.
 
Yüksək əhval-ruhiyyə şəraitində keçən festival geniş konsert proqramı ilə başa çatıb.
 
Qeyd edək ki, Xeyirxahlıq Festivalının əsas məqsədi cəmiyyətin müəllimlərə olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etmək, empatiya və mənəvi dəyərlər üzərində qurulan təhsil mədəniyyətinin inkişafına töhfə vermək, eləcə də xeyirxahlığın təhsil sistemində və cəmiyyətin inkişafındakı mühüm rolunu nümayiş etdirməkdən ibarət olub.
 
Tədbir çərçivəsində keçirilən əl işləri yarmarkasında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, "Birgə və Sağlam" Autizm Mərkəzi, Zəka Yolu İnkişaf Mərkəzi, "İZ Community", "Kashalata" və digər təşkilatların nümayəndələrinin hazırladıqları məhsullar tədbir iştirakçılarına təqdim olunub.
 

















Etiket:

Digər xəbərlər

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

29.06.2026
Əjdər Həmidovun eşq elan etdiyi Əməkdar artist kim idi? (VİDEO)

Əjdər Həmidovun eşq elan etdiyi Əməkdar artist kim idi? (VİDEO)

29.06.2026

"Alliance Logistics" hesabatları gizlətdiyi üçün cərimələndi

29.06.2026
Rəsmi Bakı İsraili qondarma

Rəsmi Bakı İsraili qondarma "erməni soyqırımı" ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırdı

29.06.2026
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdi (FOTO)

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdi (FOTO)

29.06.2026
Prezident

Prezident "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı

29.06.2026
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

29.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

29.06.2026
Əjdər Həmidovun eşq elan etdiyi Əməkdar artist kim idi? (VİDEO)

Əjdər Həmidovun eşq elan etdiyi Əməkdar artist kim idi? (VİDEO)

29.06.2026

"Alliance Logistics" hesabatları gizlətdiyi üçün cərimələndi

29.06.2026
Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? (FOTO)

General rütbəsi verilən zabitlər kimdir? (FOTO)

25.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir:

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir: "Onu torpaq altında təsəvvür edə bilmirəm"

27.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

19.06.2026
Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

25.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az