• Xəbər lentİ
Fləş

Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi (FOTO/VİDEO)

12:32 / 27.06.2026

Daha bir legioner "Qarabağ"dan getdi - Bu kluba keçdi

13:40 / 27.06.2026

Beş yüz min ev üçün ümid: Amnistiya ola bilərmi?

12:55 / 27.06.2026

Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi (FOTO/VİDEO)

12:32 / 27.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində (FOTO)

11:11 / 27.06.2026

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

10:57 / 27.06.2026

Hərbi xidmət müddəti azaldılacaq? - Rəsmi açıqlama

10:15 / 27.06.2026

Tanınmış məktəb direktoru vəfat etdi

10:08 / 27.06.2026

8 il əvvəl tikilən binanın sonuncu mərtəbəsində yeni mənzil salınaraq satışa çıxarıldı (VİDEO)

10:07 / 27.06.2026

General rütbəsi verilən zabitlər kimdir? (FOTO)

17:30 / 25.06.2026

Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

16:32 / 25.06.2026

Müdafiə Nazirliyinin 5 hərbçisinə general-mayor rütbəsi verildi

16:25 / 25.06.2026

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi

16:06 / 25.06.2026

Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi (FƏRMAN)

16:00 / 25.06.2026

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqləndi

15:48 / 25.06.2026

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqləndi

15:23 / 25.06.2026

Prezident səfiri geri çağırdı

15:20 / 25.06.2026

"Maliyyə icarəsi haqqında" qanun qüvvəyə mindi

14:20 / 25.06.2026

Qanunverciliyə "hərbi qulluqçuların şəxsi jetonu" anlayışı daxil edildi

14:18 / 25.06.2026

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

13:04 / 25.06.2026

Hövsanda əməliyyat: Dəniz sahilində külli miqdarda narkotik aşkarlandı (VİDEO)

12:25 / 25.06.2026

İƏTPİ Konfransının 20-ci sessiyası başa çatdı, Bakı Bəyannaməsi qəbul edildi

11:45 / 25.06.2026

Metroda hərəkət qrafiki dəyişir: İnterval nə qədər olacaq?

11:11 / 25.06.2026

600 bal toplayanların ən çoxu I qrupdadır

10:51 / 25.06.2026

Həkimlərin Peşə Bayramı münasibətilə əməkdaşlıq əlaqələri genişlənir: yeni təşəbbüslər və birgə layihələr müzakirə olunub

10:06 / 25.06.2026

Azərbaycanda general 10 il sonra azadlığa çıxdı

10:02 / 25.06.2026

Prezident Məhəmməd Qalibafı qəbul etdi (FOTO)

17:51 / 24.06.2026

"Neftçi" "İnter"in 6 milyon avroya aldığı futbolçunu transfer etdi

17:35 / 24.06.2026

“Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi

16:42 / 24.06.2026

9 ildir aliment ödəməyən kişi 9 aylıq həbs edildi

15:07 / 24.06.2026

Prezident TBMM sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi (FOTO)

14:49 / 24.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 27 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Beş yüz min ev üçün ümid: Amnistiya ola bilərmi?

12:55 27.06.2026 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Sənədsiz evlər problemi yenidən diqqət mərkəzindədir. Milli Məclisdə deputat Kamal Cəfərov tərəfindən bu evlər üçün amnistiya təklifi irəli sürülüb. Rəsmi məlumatlara görə, ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Hüquqi statusun olmaması vətəndaşları qeydiyyat, kommunal təminat, vərəsəlik və alqı-satqı kimi fundamental mülkiyyət hüquqlarından məhrum edir. Nəticədə, mülklərin bazar dəyəri 20-30% ucuzlaşır, banklar onları girov qəbul etmir və bu mülklər iqtisadi fəaliyyət üçün kapitala çevrilə bilmir. 
 
Problemin həlli üçün Türkiyənin 2018-ci ildə 7 milyon evi əhatə edən "İmar Barışı" proqramına istinad edilərək, ölkəmizdə də oxşar dövlət proqramının icrası təklif olunur. Nəqliyyat, enerji xətlərinin mühafizə zolaqları və digər riskli ərazilər istisna olmaqla, qalan tikililərin leqallaşdırılmasının ölkə iqtisadiyyatına və büdcəyə milyardlarla manat əlavə dəyər qazandıracağı vurğulanır. Bəs, parlamentdə səsləndirilən bu amnistiya təşəbbüsü nə dərəcədə realdır?
 
"50-55 min mənzil dərhal sənədləşdirilə bilər”
 
Əmlak eksperti Firdovsi Xəlilovun sözlərinə görə, bu məsələnin birdən-birə həlli qeyri-mümkündür: 
 
 
"Real və effektiv nəticə əldə etmək üçün sənədsiz evlər kateqoriyalara bölünməli və qeydiyyatları ən asandan çətinə doğru prinsipi ilə həll edilməlidir. Sənədləşdirmənin ən asan mərhələsi çoxmənzilli yaşayış binalarıdır. Bir çox yeni tikililərdə vətəndaşlar qaz, su və işıqla təmin olunsa da, çıxarışların verilməsi bəzən 10-15 il yubanır. İlkin hesablamalara görə, MTK-lar qarşısında öhdəliklərini tam yerinə yetirmiş 50-55 min mənzil dərhal sənədləşdirilə bilər”.
 
F.Xəlilov bildirib ki, ikinci kateqoriyaya təyinatı uyğun olmayan torpaqlarda tikilmiş fərdi evlər aiddir. Vətəndaşın mülkiyyətində olan torpaqda tikilmiş, lakin ərazisi kənd təsərrüfatı və ya örüş təyinatlı olan on minlərlə ev var: 
 
"Buna misal olaraq Bakının Binə, Xocəsən, Pirşağı, Mehdiabad, eləcə də Sumqayıt ətrafındakı qəsəbələri göstərmək olar. Nazirlər Kabinetinin qərarı ilə bu ərazilərin təyinatı dəyişdirilərək yaşayış məntəqələrinə aid edilməli, daha sonra isə vətəndaşlar şəhərsalma qaydalarına uyğun şəkildə çıxarışlarını almalıdırlar. Üçüncü mərhələ bələdiyyə sənədli torpaqları əhatə edir. İlk növbədə bu ərazilərin yaşayış üçün uyğunluğu yoxlanılmalı və başqa şəxslərin ərazi üzərində mülkiyyət iddiasının olub-olmaması dəqiqləşdirilməlidir. Əgər hər şey qaydasındadırsa, təyinat dəyişdirilərək mərhələli şəkildə həm torpağa, həm də evə çıxarış verilə bilər”.
 
"Amnistiyanın gələcəkdə yeni qeyri-qanuni tikililərə yol açmaması üçün...”
 
Ekspertin fikrincə, ən çətin və sona saxlanılmalı olan mərhələ isə zəbt olunmuş və mübahisəli ərazilərdəki evlərin taleyinə aydınlıq gətirilməlidir: 
 
"Məhkəmə predmeti olan bu ərazilərə yüksək gərginlikli elektrik xətlərinin altı, magistral yolların kənarları və su kollektorlarının üzərində tikilmiş evlər aiddir. İnsan həyatı üçün təhlükə yaradan belə evlər istisna olmaqla, digər qruplarda sənədləşməyə başlanarsa, bir il ərzində 500 min mənzilin ən azı yarısına çıxarış vermək mümkündür. Bununla yanaşı, amnistiyanın gələcəkdə yeni qeyri-qanuni tikililərə yol açmaması üçün yaşayış təyinatı olmayan riskli ərazilərdə (məsələn, kollektor və göl ətrafında) evlərin inşasının qarşısı sistemli şəkildə alınmalıdır”.
 
"Hüquqi baxımdan tam realdır”
 
Hüquqşünas Rüstəm Əzimzadə düşünür ki, onilliklərdir istifadə edilsə də, bu tikililər hüquqi baxımdan dövlət reyestrində yoxdur. Məsələ Mülki Məcəllə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun və Şəhərsalma Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə görə, müvafiq tikinti icazəsi olmayan hər hansı bina qanunsuz sayılır. Məhz bu status boşluğu yüz minlərlə vətəndaşı qeydiyyat, kommunal xidmət, vərəsəlik və kredit imkanlarından məhrum edir: 
 
 
"Parlamentdə səsləndirilən amnistiya təşəbbüsü hüquqi baxımdan tam realdır. Bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Məsələn, Türkiyədə 2018-ci ildə tətbiq edilən "İmar Barışı" proqramı çərçivəsində yeddi milyondan çox tikili bazar dəyərinin cüzi 3 faizi həcmində rüsum ödənilməklə rəsmiləşdirilib. İspaniya, Portuqaliya və bir sıra digər ölkələrdə də analoji mexanizmlər dövlət və vətəndaş münasibətlərində müsbət nəticə verib”.
 
"Əmlak tam hüquqi dövriyyəyə daxil olacaq”
 
Hüquqşünasın fikrincə, vətəndaş rəsmi çıxarış əldə edərək Konstitusiyanın 13-cü maddəsindəki mülkiyyət təminatından tam yararlanacaq. Vərəsəlik hüququ bərpa ediləcək və illərdir yığılıb qalan miras problemləri rəsmiləşəcək: 
 
"Alqı-satqı və girov proseslərində köklü dönüş baş verəcək. Əmlak tam hüquqi dövriyyəyə daxil olacaq, evlərin hazırda mövcud olan 20-30 faizlik dəyər itkisi aradan qalxacaq”.
 
Xüsusi dövlət proqramı və ya ayrıca qanun
 
Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, dövlət ilk növbədə hansı tikililərin leqallaşdırılmasının mümkün olduğunu müəyyən etməlidir. Nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, strateji təyinatlı torpaqlarda, təhlükəli geoloji ərazilərdə və hüquqi mübahisə predmeti olan torpaq sahələrində yerləşən evlərin leqallaşdırılması qanunvericilik və ictimai təhlükəsizlik baxımından mümkün deyil.
 
E.Məmmədov hesab edir ki, problemin həlli üçün mövcud qanunvericiliyə ayrı-ayrı dəyişikliklər etmək kifayət etməyə bilər. Çünki məsələ həm torpaq hüququnu, həm şəhərsalma qaydalarını, həm də daşınmaz əmlakın dövlət qeydiyyatı sistemini əhatə edir: 
 
 
"Buna görə də xüsusi dövlət proqramının və ya ayrıca qanunun qəbul edilməsi daha məqsədəuyğun olardı. Əsas məsələ hüquqi, texniki və təhlükəsizlik meyarlarının düzgün müəyyən olunması və prosesin mərhələli şəkildə həyata keçirilməsidir”.
 
Mənbə: "Kaspi" qəzeti

Etiket:

Digər xəbərlər

Hərbi xidmət müddəti azaldılacaq? - Rəsmi açıqlama

Hərbi xidmət müddəti azaldılacaq? - Rəsmi açıqlama

27.06.2026
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

27.06.2026
8 il əvvəl tikilən binanın sonuncu mərtəbəsində yeni mənzil salınaraq satışa çıxarıldı (VİDEO)

8 il əvvəl tikilən binanın sonuncu mərtəbəsində yeni mənzil salınaraq satışa çıxarıldı (VİDEO)

27.06.2026
Tanınmış məktəb direktoru vəfat etdi

Tanınmış məktəb direktoru vəfat etdi

27.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində (FOTO)

27.06.2026
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi (FOTO/VİDEO)

Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi (FOTO/VİDEO)

27.06.2026
Beş yüz min ev üçün ümid: Amnistiya ola bilərmi?

Beş yüz min ev üçün ümid: Amnistiya ola bilərmi?

27.06.2026
Daha bir legioner

Daha bir legioner "Qarabağ"dan getdi - Bu kluba keçdi

27.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hərbi xidmət müddəti azaldılacaq? - Rəsmi açıqlama

Hərbi xidmət müddəti azaldılacaq? - Rəsmi açıqlama

27.06.2026
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

27.06.2026
8 il əvvəl tikilən binanın sonuncu mərtəbəsində yeni mənzil salınaraq satışa çıxarıldı (VİDEO)

8 il əvvəl tikilən binanın sonuncu mərtəbəsində yeni mənzil salınaraq satışa çıxarıldı (VİDEO)

27.06.2026
General rütbəsi verilən zabitlər kimdir? (FOTO)

General rütbəsi verilən zabitlər kimdir? (FOTO)

25.06.2026
Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

25.06.2026
Mərdəkanda dənizdə 4 nəfər batdı: Üçünün meyiti tapıldı (YENİLƏNİB)

Mərdəkanda dənizdə 4 nəfər batdı: Üçünün meyiti tapıldı (YENİLƏNİB)

22.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

19.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az