• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...  

14:00 25.04.2026 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Hazırda ölkəmizdə nikaha daxil olmaq istəyən cütlüklərdən müəyyən xəstəliklər üzrə məcburi tibbi arayış tələb olunur. Milli Məclisin aprelin 10-da keçirilən iclasında bu tibbi tələblərin sırasına daha bir həssas məsələnin əlavə edilməsi təklifi irəli sürülüb. Deputat Göydəniz Qəhrəmanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı böyük təhlükəni əsas gətirərək, nikah zamanı tərəflərdən narkoloji arayışın da tələb olunmasını təklif edib.
 
Narkomaniyanın ailə institutuna vurduğu zərbələr fonunda bu təklif ilk baxışdan zəruri görünsə də, onun praktiki icrası cəmiyyətdə bir sıra ciddi suallar yaradır. Bəs, hüquqi və tibbi reallıqlar çərçivəsində belə bir qaydanın tətbiqi nə dərəcədə mümkündür? Mövcud sistem və laborator analizlər real istifadəçiləri dəqiqliklə aşkar edə bilərmi?
 
"Narkotik qəbulunu müəyyən edən testlərin aparılması vacibdir”
 
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bu gün boşanmalara səbəb olan əsas sosial faktorlardan biri məhz narkomaniyadır. Bu baxımdan, evlilik ərəfəsində narkotik vasitələrin qəbulunu müəyyən edən testlərin aparılması olduqca vacibdir:
 
"Bildiyimiz kimi, hazırda nikaha daxil olan cütlüklərdən tələb edilən tibbi arayışlar və laborator analizlər yalnız reproduktiv sağlamlıqla bağlı amilləri nəzərə alır. Evlənmədən öncə fərdlərin qısa müddət ərzində narkoloji testdən keçməsi elə də çətin proses deyil. Bu gün hər bir poliklinika və ya klinikada qan nümunələri götürərək narkotestlərin aparılması üçün kifayət qədər imkan var. Narkotik vasitələrin izləri qanda uzun müddət qalır və bunu analiz vasitəsilə aşkarlamaq asandır”.
 
"Universal laboratoriyalara ehtiyac var”
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirdi ki, belə bir qaydanın tətbiq edilməsi ilə insanlar daha ehtiyatlı davranacaqlar. Bu, hər halda çəkindirici bir göstəricidir. Lakin əsas məsələ bunun Azərbaycan reallığında nə dərəcədə işlək olacağıdır: "Əvvəla, mövcud laboratoriyaların heç də hamısı bütün narkotik maddələri dəqiqliklə aşkar edə bilmir. Bu gün dövriyyədə müxtəlif növ metamfetaminlər, həb formasında olan fərqli sintetik maddələr var. Təəssüf ki, onların hamısını vaxtında və dəqiq müəyyən etmək mümkün deyil. Digər tərəfdən, asılılığın təsdiqlənməsi üçün təkcə laboratoriya analizləri kifayət etmir. Bu şəxslərin həm də əsaslı tibbi müayinədən keçirilməsi məqsədəuyğundur. Hazırda ənənəvi opiat (morfin və digər narkotik analgetiklər) asılılığı olanların sayı əvvəlki dövrlərlə müqayisədə azalsa da, müasir istifadəçilər daha çox heroin, kokain, metamfetamin, LSD və müxtəlif sintetik həblərə müraciət edirlər. Bunların hər biri güclü asılılıq yaradır. Belə vəziyyətdə, analizləri dəqiq və səhih yerinə yetirə bilən, həm güvənli, həm də məsuliyyəti tam müəyyənləşdirilmiş universal laboratoriyalara ehtiyac var. Lakin hazırda analizlərlə bütün maddələri tam aşkarlamaq mümkün olmur”.
 
Professorun sözlərinə görə, məsələnin insan hüquqlarının pozulması aspekti də mövcuddur: "Məhz bu səbəblərdən, nikahdan əvvəl məcburi testləşdirmə təklifi kifayət qədər mücərrəd və riskli görünür. Məsələ hərtərəfli, xüsusilə də insan hüquqları kontekstində dərindən araşdırılmalıdır. Aşkarlanan nəticələrin necə rəsmiləşdiriləcəyi və qarşı tərəfə necə bildiriləcəyi də sual altındadır. Təsəvvür edin, kiminsə qanında hər hansı bir maddə aşkarlandı və bu, ailələrarası ciddi konfliktə, münasibətlərin tamamilə pozulmasına səbəb oldu. Bu, özlüyündə böyük bir sosial narahatlıq yaradır. Ona görə də, əgər belə bir təklif gündəmdədirsə, onun bütün mümkün fəsadları əvvəlcədən düşünülməli, hüquqi və tibbi tərəfləri tam həll olunmalıdır”.
 
"Testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir”
 
Tibb elmləri doktoru, psixiatr-narkoloq Araz Əliquliyev isə düşünür ki, bu testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir. Test sadəcə şəxsin bioloji mühitində maddənin aşkar edildiyini göstərir: "Digər tərəfdən, insanlar nikahdan əvvəl belə bir test verəcəklərini bilsələr, istifadəni müvəqqəti dayandıra və ya maddənin bədəndən təmizlənməsi üçün tibbi tədbirlər görə bilərlər. Psixoaktiv maddələrin əksəriyyəti qanda deyil, sidikdə qalır və adi skrininq testləri ilə cəmi 3-5 gün ərzində aşkarlana bilir. Tibbi tədbirlər (detoks, qan yuma və s.) görülsə, maddənin izini gizlətmək mümkündür. Testdə maddənin çıxması da şəxsin asılı olmasının əsası deyil”.
 
Narkoloqun fikrincə, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna əsasən, şəxs ambulator müalicədən imtina edirsə, dəqiq diaqnoz qoymaq üçün o, 10 günlük xəstəxana şəraitində yoxlanılmalıdır: "Asılılığı isbat etmək üçün nikaha girən hər kəsi xəstəxanayamı yerləşdirəcəksiniz? Güclü təsir edən psixotrop maddələr və dərmanlar var ki, onlar xüsusi lisenziyası olan apteklərdə, elektron reseptlə satılır. Onların da sui-istifadəsi mümkündür. Dövriyyəsinə nəzarət edilən və həkim tərəfindən yazılan psixotrop dərmanlar da asılılıq yarada bilir və testdə müsbət nəticə göstərir. Bunları necə əsaslandıracaqsınız?"
 
"İnsanların hüquqlarının pozulması riski var”
 
A.Əliquliyevin sözlərinə görə, testlər yanlış nəticə də verə bilər. Bu baxımdan, insanların hüquqlarının pozulması riski var: "Əgər mən testin müsbət nəticəsinə əsasən kiməsə "narkoman" olduğunu desəm, o şəxs mənəvi zərbəyə və mənliyinin alçaldılmasına görə məni məhkəməyə verə bilər. Dəqiq bioloji faktorları öyrənən analizlər isə bahalıdır - 200-300 manatdan yuxarıdır”. ("Kaspi" qəzeti)

Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az