• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

Qayınatasını öldürən gənc: “Dedi həyatda sonuncu günündür“

15:08 05.03.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Qayınatasını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. İki uşaq atası qətli özünümüdafiə məqsədi ilə törətdiyini deyir. Hadisə isə ailə münaqişəsi zəminində baş verib.
 
MilliYol.Az musavat.com-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayon sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tural İman oğlununun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qayınatası Kərəmov Roman Novruz oğlunu qətlə yetirməkdə təqsirli bilinən Tural Rüstəmov sərbəst ifadə verib. Qətlin necə baş verməsini və həmin ana qədər yaşananları danışan Rüstəmov qayınatasını başqa çıxış yolu olmadığı üçün öldürdüyünü bildirib.
 
"Qayınatam evdən çıxanda mənimlə öpüşüb, görüşdü”
  
Rüstəmov ifadəsində qayınatası ilə aralarında başlayan soyuqluğun səbəbi haqda danışıb və qeyd edib ki, mərhum Kərəmov ailəsində olan məsələlərə tez-tez müdaxilə edərək onunla mübahisə edirmiş:"Hadisədən bir gün qabaq qayınatam bizə qonaq gəlmişdi. Bazarlıq edib, evə getdim. Onunla görüşüb hal-əhval tutdum. Hiss edirdim ki, o, mənə qarşı soyuq münasibət göstərir. Bir az keçəndən sonra qayınatam 4 yaşlı oğlumun üstünə qışqıraraq ona və mənim ünvanıma nalayiq ifadələr işlətdi. Mən bundan əsəbiləşib evi tərk etdim. İstəmədim evdə uşaqların yanında mübahisə olsun. Atamın evinə getdim ki, əsəblərim sakitləşsin. Zərgər işləyirdim. Bakıya qızıl göndərməliydim. Təxminən bir saatdan çox vaxt keçəndən sonra qayınatama zəng vurub ondan xahiş etdim ki, Bakıya gedəndə mənim qızıllarımı da özü ilə aparsın. Həmin gün Bakıya gedəcəkdi. O, yaşadığım binanın qarşısına gəldi. Qızılların mağazada olduğunu bildirdim. Xahiş etdim ki, qızılları mağazadan götürək. Sonra soruşdum ki, "sən bayaq nə üçün mənim oğluma söyüş söydün? Axı o sənin nəvəndir". Qonşular da şahiddirlər ki, o, mənə aqressiv cavab verərək maşına oturmağımı, söhbəti başqa yerdə davam etməyimizi dedi. Bu məqamda aramızda mübahisə düşdü. Qardaşım müdaxilə edərək bizi ayırdı. Sonra valideynlərim gəldilər. Evdə söhbət etdik. Aramızda problem qalmadı. Qayınatam evdən çıxanda mənimlə öpüşüb görüşdü”.
 
"Səni öldürməyə aparıram"
 
Rüstəmov deyib ki, problem aradan qalxdıqdan zonra həmişə olduğu kimi işə gedib. İşdə olduğu vaxt qayınatası ona zəng edib.
 
Rüstəmov ifadəsində bildirib ki, telefonu açanda qayınatası onu söyüb: "Söyüşlə danışaraq mağazanın qabağında məni gözlədiyini dedi, çölə çıxmağımı tələb etdi. Həmin an pəncərədən baxanda onun əlində bıçaq gördüm. Hər ehtimala qarşı işlətdiyim yeyə alətini cibimə ataraq onun yanına getdim. Mənə dedi ki, "maşına otur, səninlə söhbətim var". Mən dəqiq bilmirdim ki, nəyə görə belə hərəkət edir. Maşına əyləşən kimi o, qapıları bağladı. Söyüş söydü ki, telefonu söndür. Mən də onu sakitləşdirmək üçün telefonu söndürdüm. Yolda hara getdiyimizi soruşdum. Mənə dedi ki, "Bu gün sənin həyatda sonuncu günündür. Səni öldürməyə aparıram". Mən düz hərəkət etmədiyini dedim, geri qayıtmağımızı xahiş etdim. Dedim ki, sən mənim qayınatamsan, özü də hacısan, dünən aramızda söhbət oldu və ordada qaldı. Dava-dalaş lazım deyil".
 
"Çaqqal dərəsi"ndəki qanlı hadisə
 
Rüstəmovla qayınatası İsmayıllının mərkəzindən 8-9 km aralıda yerləşən “Çaqqal dərəsi” adlanan meşəyə gəliblər. Cinayət hadisəsi də elə burada baş verib: "İlk dəfə idi ki, “Çaqqal dərəsi”nə gedirdim. Vahiməli yer idi. Maşından düşəndə dəhşətə gəldim. Filmlərdə belə vahiməli səhnələrə rast gəlmişdim. Roman Kərəmov da maşından düşdü. Bir-iki metr aralanmışdıq ki, gözləmədiyim anda mənə bıçaq atdı. Bu an sağ əlimi qabağa verdim ki, bıçaq boğazıma girməsin. Onun atdığı bıçaq əlimi kəsdi. Bundan sonra o yenə üstümə hücum çəkəndə cibimdən iş alətini çıxarıb onu vurdum. Yarası o qədər də ciddi deyildi. Mənim əlimdən dəhşətli qan axırdı. Dedim ki, gəl, təcili həkimə gedək, qanaxmadan ikimiz də öləcəyik. O, heç nə olmamış kimi məni yenə öldürəcəyini deyib üstümə qaçdı. Qayınatamın gözü dönmüşdü. Həyəcanlı olduğumdam qaça bilmədim. O, mənə çatanda əlindən tutdum ki, vurmasın. Daha sonra hər ikimiz yerə yıxıldıq. O, fiziki cəhətdən məndən güclü olduğundan onun əlindən çıxa bilmirdim. Əlimdəki yeyə ilə onun bıçaq olan əlinə yüngül zərbələr vurdum ki, bəlkə bıçağı əlindən yerə atar. Amma o daha da qızışmışdı. Niyyəti ancaq məni öldürmək idi. Allaha yalvarırdım ki, buradan sağ çıxım. Başqa yolum qalmamışdı. Ya mən ölməli idim, ya da o...”
 
Qayınatası ilə Rüstəmov arasında 13 yaş fərq olub. Rüstəmov hadisədən sonra İsmayıllı Rayon Polis İdarəsinə gedərək könüllü olaraq təslim olduğumu bildirib.
 
Məhkəmə prosesində zərərkəşmiş kimi tanınan mərhumun həyat yoldaşı Məryəm Kərəmova da ifadə verib. O, həyat yoldaşının üstündə həmişə bıçaq olduğunu bildirib: “Hadisə baş verən gün biz Bakıya getməliydik. Həyat yoldaşım məni qaynımla yola salaraq müştəri götürəcəyini dedi. Biz elə bildik ki, o, müştəri götürüb Bakıya gələcək. Şamaxıda bizə xəbər gəldi ki, belə bir hadisə baş verib”.
 
"Qayınatam narkoman olub"
 
Ərinin kürəkənini meşəyə hansı məqsədlə aparmasından xəbərinin olmadığını deyən M.Kərəmova ifadəsinə əlavəsində deyib: “Axşam söz-söhbət oldu. Sonra öz aramızda həll elədik. Yoldaşım kürəkəni ilə gülə-gülə sağollaşdı. Sabahı gün nə üçün Turalı ora apardığını bilmirəm”.
 
Qayınanasının çıxışından sonra əlavə söz istəyən Rüstəmov qeyd edib ki, mərhum qayınatası narkotik vasitə istifafəçisi olib: "Buna görə də dəfələrlə öz ailəsində münaqişə olurdu. Mənim indiyə kimi bir adamla problemim olmayıb. 16 yaşımdam işləyib, pul qazanmışam. Ailəmlə 5 ay idi ki, yeni evə köçmüşdük. Qayınatam içki aludəçisi olduğundan qohumları onu bir neçə il əvvəl həcc ziyarətinə göndərmişdilər. Elə bilirdilər ki, o, Həccə gedəndən sonra düzələcək. Bütün İsmayıllı bilir ki, qayınatam həccə getsə də narkoman olub. O, öz arvadına işgəncələr verib. Dəfələrlə polisə düşüb, 4 dəfə arvadı ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Qohumları da şahiddirlər ki, o, keçən il öz qayınatasının yaşadığı evə basqın edib, güllə atmışdı. Onları mənim atam barışdırdı. Yoldaşımla aramda problem olan kimi məni ölümlə hədələyirdi. Qohumlarına neçə dəfə demişəm ki, onu məndən uzaq edin. Mən zərərçəkmiş tərəfə sual vermək istəyirəm ki, harada görünüb ki, qayınata öz qızının ərini öldürməyə aparsın? Mən ondan yolboyu xahiş etdim ki, mənim iki balam var. O, vecinə də almadı. Bu gün mən balalarımdan ayrı düşmüşəm. Onların harada olmasından xəbərim yoxdur”.
 
Tural Rüstəmov sonra məhkəmədən ədalətli qərar gözlədiyini söyləyib.
 
Növbəti məhkəmə prosesi martın 16-na təyin edilib.
 
Qeyd edək ki, 29 yaşlı Tural Rüstəmov Cinahət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az