• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

Azərbaycanda qadın ərini yataqda bacısıyla tutdu - VİDEO

15:56 23.02.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
37 yaşlı Gülayın ünvanı qadın sığınacağıdır. Özünə bir küncdə yer tapıb yaşamağa çalışır.
 
Deyir dünyaya gəlməyi də çətin olub: “Deyiblər ya anası, ya uşaq. Bəlkə də elə o vaxtdan doğulmasaydım daha yaxşı olardı”. Amma təsadüfdənmi, ya alın yazısındamı anası da, özü də sağ qalıb. 1979-cu il noyabrın 21-də dünyaya göz açıb Gülay. Valideynlərinin ilk ovladı olub. Normal ailə, ata-ana yanında böyüyüb. Ondan sonra ailədə daha bir qız və bir oğlan doğulub. Özünü dərk edəndən ən böyük arzusu ali məktəbdə oxumaq olub. O da hamı kimi məktəbə gedib. Riyaziyyat üzrə olimpiadada, atıcılıq üzrə yarışlarda birinci yerə çıxıb. Gülay oxumağı o qədər sevirmiş ki, qışda ayaqqabısı ayağını yara edəndə dərsdən qalmasın deyə, qarda yay ayaqqabısı ilə məktəbə gedirmiş: “Əvvəllər ailəmdən narazı deyildim. Oxumaq üçün hər şeyimi verdim, amma faydası olmadı. Bəzən hətta suallar verirdilər – atanı çox istəyirsən, ya ananı, cavab verirdim heç kəsi. Çünki həqiqətən də mənim heç kəsə istəyim olmayıb. Mən ancaq kitablarımı sevmişəm”.
 
Təhsil almaq arzusu 100 dolların qurbanı olub
 
Təhsil almaq arzusu gerçəkləşməyib Gülayın. Atası əvvəl böyük kolbasa zavodlarından birinin müdiri, sonra restoran sahibi olub. Buna baxmayaraq o, qızın ali təhsil almaqda dəstək olmayıb: “Oxumaq arzum 100 dolların qurbanı olub. Mən ilk nəvə idim ailədə. Bizlərdə ilk nəvəyə hər ad günümdə qızıl beşlik gətirirdilər. Adıma 10-15 qızıl beşlik yığılmışdı. Anama dedim ki, onun ikisini ver mənə, təhsil almaq istəyirəm. Anam dedi ki,  atandan icazəsiz verə bilmərəm. Bizim evdə o zamanlar heç nəyin sayı-hesabı yox idi. O qızıldan ikisi mənə verilsəydi də, hiss olunmayacaqdı. Amma anam vermədi. Səhərisi atam maşını ilə qəza törətdi, maşınının mühərriki dağılmışdı. Anam boynundakı qızıl boyunbağını çıxardıb verdi. Bir dəmir parçasına qızıl verildi, amma mənim təhsilimə yox".

Bu hal həyatında ən böyük zərbə olub, deyir Gülay. Elə bundan sonra da onun faciəli ailə həyatı başlayıb. Onu oxumağa qoymadıqları üçün acığa düşür və sevmədiyi biri ilə ailə qurur. Özü dediyi kimi kasıb, heç nəyi olmayan bir oğlanla izdivaca razı olur: “Mən o adama dedim ki, götür qaç məni. Mən heç ağ gəlinlik belə geyinmədim, ağ gəlinlik ayaqqabım belə olmadı, bəzənmədim. Sadəcə getdim. Düşündüm ki, bəlkə ər evində oxuya bilərəm...”
 
Gülay, toyun səhəri günü gəlin çökdüyü evdən qaçmaq istədiyini deyir: “Toyun səhəri günü səhv elədiyimi anladım. Yenə də şükür edirəm, çünki xasiyyətimi bilirəm. Ən böyük səhvim oxumaq uğrunda mübarizə aparmamaq olub. Bir də həyatda həmişə yalansız, xəyanət olmayan dünya axtarıram. O dünyanı kitablarda axtarmışam. Düzdür, hələ tapmamışam, amma yəqin məndən sonrakılar tapar”.
 
Ailə qurduqdan bir il sonra qızı olur. Bütün arzu və istəklərini bu qızına bağlayır. Özünün çatmadığı arzulara qızının çatmasını əl açıb Allahdan istəyir. Həyat yoldaşının xəyanətlərinə dözərək, qızını böyütməyə başlayır.

“Bəzən qadınlar kişilərin xəyanətindən danışırlar. Onsuz da bu xəyanət həmişə olub və olacaq. Amma kişi xəyanəti edib evində bildirməyəndir”.
 
“Bacım dedi: “Sənin artığına qalmamışam”
 
Gülay ikinci dəfə ana olur, oğlu dünyaya gəlir. 16 illik ailə həyatının sona çatmasına Gülayın bacısı ilə həyat yoldaşı arasındakı münasibət səbəb olur. Gülay 9 yaşlı qızı ilə  rayondan qayıdıb doğma bacısını həyat yoldaşı ilə birgə yataqda görür. Gülayın dünyası həmin andan yıxılır. Qızı da çox pis olur bu hadisəyə.

“Bacımla ərimə dedim ki, əgər bir-birinizi istəyirsinizsə, mən çıxım gedim. Bacım mənə - "sənin artığına qalmamışam” - dedi. Onun bu sözü mənə ərimin  xəyanətindən daha  pis təsir etdi”.
 
Gülay 9 yaşlı körpəsinin təkidi ilə 16 illik ailə həyatına son qoymağa qərar verir. Boşandıqdan sonra qızını özü ilə götürüb kirayə ev axtarışına çıxır. Maddi çətinlik ucbatından oğlu atasının yanında qalır. Həmin vaxtdan Gülayın qızının ürəyi xəstəliyə tutulur. Gülay deyir ki, hazırda 19 yaşı olan qızının ürəyi paroqdur.
 
“Artıq itirəcəyim heç nə yoxdur”
 
Hər kəs ondan üz döndərib, həyat kimi. Boşanan Gülay qızı ilə birgə özünə yeni həyat qurmağa başlayır. Tovuza gedir və 72 yaşlı bir kişinin evində işləməyə başlayır. Bir müddətdən sonra ev yiyəsindən xoşagəlməz təklif alır və qızını götürüb ordan gedir. Kirayə ev tutur, işləyib pul qazanır, qızına baxır. Boşanandan sonra heç kim ondan niyə bu addımı atdığını soruşmayıb deyir Gülay. Hər kəs üz döndərir ondan. Gülay anasını itirir. 4 il sonra atası yenidən evlənir, bütün var-dövlətini də ikinci arvadın adına keçirir. Atası qızının boşanmasının əsl səbəbini bütün bunlardan sonra bilir və 6 ay sonra ürək tutmasından ölür. Gülay onun ən böyük arzusunu ürəyində qoyan atasını da itirir.  “Qardaşım da öz işindədir. Qohum-əqrabalarım da öz işində. Hər kəs yaxşıdır. Amma hamısı məndən üz döndərib. Günahım odur ki, həyatımda ilk dəfə sevmək istədim. Bəlkə bəlkə nəvaziş göstərən olar, bəlkə həqiqətən də sevən olar”.
                                      
Gülayın 19 yaşlı qızı universitet tələbəsidir. O da anasından imtina edib. Gülay bunun səbəbini imkansızlığında görür. 9-cu sinif şagirdi olan oğlu isə anasına hər zəngində gələcəkdə ona kömək edəcəyini deyir: “Həqiqətən indi zəmanə elədir ki, valideyn belə imkanlı övladını seçir. İmkanın varsa, həyat sənindir. Əvvəllər əgər adamı geyiminə görə qarşılayıb, ağlına görə  yola salırlar, indi adamı geyimə görə qarşılayıb, elə geyimə görə də yola salırlar. Qızımın elə bir yaşı idi ki, artıq istəkləri çoxalırdı. Mən həmin müddətdə uşağa baxıcılıq edirdim, ev təmizləyirdim. Elə oldu ki, kirayə pulunu belə verə bilmədim və orda qalmağa başladıq. İmkanım çox olsa, yenə də qohumlarım da çox olacaq, tanışlarım da”.
 
Gülayın artıq itirəcəyi heç nə yoxdur: “Övladlarım öz yollarını seçdilər. İstəyirəm həyatımda bir gün halal pulum olsun, qızıma istədiyi nəyisə alım və deyim ki, hər şey pul demək deyil. Qızım pul lazım olanda yazır. Mən istəsəm onun qarşısına universitetdə çıxa bilərəm. Amma onun özünə görə edə bilmirəm”.
 
Gülay öz ayaqları üzərində durmaq istəyir: “Düşmənlərimi sevindirmək istəmirəm. İstəyirəm hər qadın güclü, dözümlü olsun. Bu yaşımda mən küçələrdə qalmışam. Heç nə yox, qızım bir dəfə "ana" desəydi, heç "ana" deməsin, yəqin yaxşı ana deyiləm, desəydi "Gülay hər şey yaşı olacaq", bəlkə də mən çoxdan ayaqda idim”.
 
Özünə qəsd edən qadın...
 
Gülayın əli heç nəyə çatmır. Bircə özündən başqa. Dəfələrlə özünə qəsd edib, amma deyir, o dünya belə onu qəbul etmək istəmir, hələ də nəfəs salır, ürəyi döyünür. Nə üçün özü də bilmir: “qızım məndən pul istədi. Mənə dedi ki, sürünməkdənsə, get öl. Mən də götürdüm damarlarımı doğradım, dərman içdim, ölmədim. Demək ki, hələ zamanı deyil.
O dünyada haqq-ədalət var. Amma bu dünyada insanı elə özününkülər yandırıb kül edir. Hərdən ürəyim elə göynəyir, götürüb nəyisə basıram əlimə ki, qoy bu göynərti o göynərtini unutdursun, amma olmur. Əlimi də yandırmışam, amma heç nə ürəyimi sakitləşdirmir. Artıq həyatda heç kimdən heç nə gözləmirəm"...
 
Gülay ürəyindəkiləri və hiss etdiklərini kağıza köçürür. Yaşadıqlarından ssenari hazırlayıb. O ssenari əsasında film çəkilməsini arzulayır: “İstərdim həyatımdan bir film çəkim. Filmin sonunu belə bitirərdim. Yeməklər bişirərdim, bir süfrə açardım. Qızım, oğlum və mən bərabər oturardıq. Elə orda da nəfəsim kəsilərdi. Özüm öz ayağımın üzərində durmasam mən mənliyimi itirmiş olacağam. Mən heç kimdən heç nə istəmirəm. Qadın həyatda üç kişiyə güvənir deyirlər: ataya, qardaşa və yoldaşa. Üçü də mənim əlimi buraxdı. Əgər atam əlimi buraxdısa, mən başqalarından nə gözləyim?”

Gerçəkləşməyən arzularının nisgilini canında daşıyan Gülayın son arzusu...
 
“Yaşamaqdan yorulmuşam. Heç bir şeyə ümidim yoxdur. Səhər durum, hər şey yaxşı olacaq, qızım gələcək, ailəm olacaq deyə bir ümidim yoxdur. Ona görə də son arzum budur ki, məni kimsəsizlər qəbiristanlığında basdırsınlar. İstəmirəm adım olsun, baş daşım olsun”.  (APA TV)



MilliYol.Az


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az