• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Şou-biznes

İlhamə Quliyevanın ölümünə dair İLGİNC İDDİALAR

11:21 26.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Xalq artisti İlhamə Quliyevanın ölümündən artıq 3 ay ötür, amma müəmmalar davam edir... Musavat.com xəbər verir ki, onun qəfil ölməsi yaxınlarının və sənət dostlarının sui-qəsd, zəhərlənmə iddiasını irəli sürməsinə səbəb olmuşdu.

Bununla da oğulluğu Orxan Nadirovun tələbi ilə ölümün səbəblərinin müəyyən edilməsi üçün kimyəvi və toksikoloji ekspertizalar təyin edilmişdi. Aprel ayında isə müəyyən olunan ekspertizanın nəticələrinə görə xalq artistinin ölümünə səbəb heç də zəhərlənmə deyil, hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub. 

Müğənninin yaxınlarının mətbuata verdiyi açıqlamalara görə isə onun ürəyini “partladıb” öldürən səbəb qəfil gələn zəng olub. Bacısı İradə Quliyevanın sözlərinə görə, həmin zəngdən sonra müğənni bərk əsəbiləşib, halı pisləşib və birdən-birə qəfildən ölüb. Bu faktı İlhamənin dayısı oğlu Eldar İsmayılov da təsdiqləyib: “Bilirsiniz, İlhamə xanım nədən dünyasını dəyişib? Gecə ona zəng gəlib, nəsə deyiblər, ürəyi partlayıb ölüb”. 

Müğənninin ölümünə şahid olan köməkçisi Fatma Əliyevanın verdiyi ilginc açıqlamalar bu müəmmaya azacıq da olsa aydınlıq gətirib. Köməkçinin sözlərinə görə, müğənni son vaxtlar kiminləsə danışıb əsəbiləşirmış: 

“Axırıncı zəng Orxandan gəlmişdi. Orxan fevralın 24-dən 25-nə keçən gecə zəng elədi, İlhamə xanım da əsəbiləşdi. Dedi ki, ”niyə zəng etmisən? Yatmışam". Telefonla danışandan sonra əsəbiləşib, bədənində gərginliklər yaranmışdı. Təzyiqi enib-qalxırdı. Həmin gün mənə dedi, ürəyi sirkələnir, narahatdır. Soruşdum ki, təcili yardım çağırım? Dedi yox, keçəcək. Gecə məndən qatıq və meyvə istədi. Bir az yedi və başladıq söhbət eləməyə. Dedi ki, Eldar müəllim xaricdən gəlsin, gələn kimi notariusa gedək, bütün hər şeyimi onun adına keçirəcəyəm. Bu barədə danışdıq, gecə saat ikinin yarısı yatdı və səhər 7-də durdu. Səhər təzyiqini yoxladım. Dedi, nəsə özümü pis hiss edirəm, bir az yatım. Yatdı, saat 10-nun yarısında durdu. Məni çağırıb dedi ki, “halım pisləşir, ürəyimə bax, elə bil ürəyimdə nəsə damar qırıldı. Deyəsən, mən ölürəm”. Mən də qorxdum, dərhal Leyla xanıma zəng etdim və dedim ki, təcili yardım gəlsin. Leyla xanıma zəng edəndən sonra  Eldar müəllimə zəng elədim, zəng çatmadı. Daha sonra Əli müəllimi  və onun qızı Samirəni yığdım. Onlar da, təcili yardım da evə gələnə qədər İlhamə xanım qollarımda can verdi. Bu dəhşətli bir an idi".

İ.Quliyevanın ölümündə oğulluğunu ittiham edənlərdən biri də müğənninin digər qohumu Əli Mirəliyevdir. O, son müsahibəsində Orxanın hansısa səs yazısı ilə müğənnini şantaj etdiyini deyib: 

“İlhaməni həqiqətən də Orxan öldürüb. Bu adam İlhamənin başına min oyun açıb. Deputatlara, iş adamlarına pul atıb... Orxan İlhamə xanımı şantaj edirdi. Sən niyə o boyda sənətkarı şantaj etmisən? Demisən ki, səsini yazmışam, sən mənə pul verməsən, bu səs yazısını yayacam. Sənin səs yazını dövlət orqanlarına aparacam”...

Qeyd edək ki, adıçəkilən səs yazısı haqda bundan öncə mətbuatda məlumatlar yayılmışdı. Belə ki, müğənninin sabiq, hazırda həbsxanada olan köməkçisi Mehriban Hüseynova mətbuata ünvanlandığı məktubunda İlhamə Quliyevanı bitirəcək səs yazısı olduğunu bildirmişdi...

Lakin bəzi iddialara görə,  İ. Quliyeva öz kanalları vasitəsilə istintaqa yaxın mənbələrdən öyrənə bilib ki, belə bir səs yazısı M. Hüseynovada yoxdur. Amma digər şəxsdə ola bilməsi ehtimalı İ.Quliyevaya rahatlıq vermirmiş. Yaxınları da onu mənzilinə gizli dinləmə qurğusu yerləşdirilməsinə inandırıblar. Guya ki, mənzildə baş verənlərin mətbuat səhifəsinə çıxması təsadüfi deyil, xüsusi dinləmə vasitəsi ilə mənzildə baş verənlər sonradan mətbuata ötürülüb. Bundan çox narahat olan müğənni mənzilə dinləmə cihazı axtaran mütəxəssislər də gətizdirib. İddiaya görə onun halı bu məsələyə görə çox gərginləşib və tez-tez ürək ağrılarından əziyyət çəkib. Köməkçisi Fatma Əliyevanın sözlərinə görə vəziyyətinin pisləşməsi isə daha çox oğulluğu Orxan Nadirovla bağlı zənglər olub:

“İlhamə xanıma zəng daha çox Orxanla bağlı gəlirdi və o da əsəbiləşirdi”...  

İlhamə Quliyevanın oğlulluğu Orxan Nadirovun adı tez-tez dələduzluq, borc qalmaqallarında səslənir. Onun hələ 2008-ci il may ayının 8-də xidmət etdiyi hərbi hissədə həbs olunduğu barədə məlumatlar var.  O, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə ittiham olunub. Barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. Bu ilin yanvar ayında isə  yaxın dostu Vüqar Bəkirov Heydər Əliyev adına hava limanında saxlanılaraq  Binəqədi Rayon Polis İdarəsinə aparılmışdı. Hər iki şəxsdən heç yerə getməməsi barədə iltizam alınmışdı. Əli Mirəliyevin sözlərinə görə, Orxanla Vüqarı İmişlidən kiməsə pul “atdıqları”  üçün saxlayıblarmış. İddiaya görə, Ağadadaş Ağayevin zəngindən sonra dostlar buraxılıblar. Köməkçi Fatma Əliyeva da həmin faktı öz müsahibəsində qeyd edib:

“Ölməmişdən bir neçə gün qabaq xalq artisti Ağadadaş Ağayev İlhamə xanıma zəng edərək, Orxanın işi barəsində danışdı. İlhamə xanım da dəstəyi yerə asandan sonra halı pis oldu. Dərmanlarını atandan sonra sakitləşdi”.

Lakin Vüqar Bəkirov bugünlərdə məhkəmənin qərarı ilə dələduzluqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edildi. Həbsdə olan Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev tezliklə Orxan Nadirovun da həbs olunacağını deyib: “Onlar dələduzluq ediblər, potensial cinayətkar, dəfələrlə məhkum olunmuş insanlardır”.  

Eldar İsmayılov isə deyib ki, Orxanın nəinki sənəti, təhsili, heç sürücülük vəsiqəsi də yoxdur: “Belə baxanda normal adama oxşayır, amma heç bir sənətin sahibi deyil. Mənə zəng edib deyirlər ki, Orxan hüquqşünasdır, yoxsa iqtisadiyyatla məşğuldur? Amma mənə elə gəlir ki, Orxan dələduzluğu özünə peşə seçib. Dələduzluğun axırı da bax belə olur. Şəxsən Orxanın kimlərdənsə pul alıb verməyi mənim nəslimə böyük zərbədir. Mən hər zaman İlhaməyə görə Orxana kömək olmuşam. Orxanın anası hər zaman mənimlə məsləhətləşərdi, atası isə məni böyük kimi qəbul edərdi. Amma sonra gördüm ki, bunlar artıq heç kimi saymırlar”.

Onu da əlavə edək ki, bugünlərdə müğənni Firuzə İbadova ona borclu olduğu 4500 manatı qaytarmadığına görə Orxan Nadirov barəsində baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az