• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Tiflisin yeni havası: “Bir marixuana ver çəkək...”

12:17 17.02.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Gürcüstanın Konstitusiya Məhkəməsi 100 qrama qədər təzə marixuananın istifadəsinə icazə verib

Azərbaycanda isə bunun mənfi nəticələri ola bilər....

Azərbaycanlılar da çox tez-tez səfər etdiyi Tiflisdə indi yeni mənzərə ilə qarşılaşa bilərlər. Marixuana çəkənlərlə... Üstəlik, “bir marixuana ver çəkək” deyə də bilərlər. Gürcüstanın Konstitusiya Məhkəməsi şəxsi istifadə üçün 100 qrama qədər təzə marixuananın alınması və saxlanılmasına görə həbs cəzasını ləğv edib.

Virtualaz.org məhkəmənin saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, qərarda 100 qram xam marixuananın 50 qram qurudulmuş marixuananın ekvivalenti olduğu göstərilir.

Bildirilir ki, insanın onun sağlamlığını qorumaq bəhanəsi ilə həbs edilməsi yolverilməzdir və 100 qrama qədər marixuana alan və saxlayan insan başqalarının sağlamlığına ziyan vurmur.

Azərbaycanda isə marixuananın istifadəsi qadağandır və bunu istifadə edən, satan şəxslər məsuliyyətə cəlb olunur. Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekurslarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayət məsuliyyətinə səbəb olan əməldir. Və buna görə 3 il müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Marixuanaya gəldikdə, onun qurudulmuşu 5 qram, yaş olanı isə 25 qramdan yuxarı, yəni istehlak miqdarından artıq olarsa, cinayət məsuliyyəti yaranır. Narkotik maddələrin satışına görə 3 ildən 7 ilədək, mütəşəkkil dəstə tərəfindən külli miqdarda satışı, daşınmasına görə isə 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ötən il Milli Məclisdə çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycanda da narkotik vasitələrdən istifadənin leqallaşdırılmasını təklifini irəli sürmüşdü. Bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini xatırladan Q. Həsənquliyev həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğunu vurğulamışdı: “Narkomanları həbsxanalara doldurmağın xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”.

Politoloq Fərhad Mehdiyev Gürcüstan hökumətinin qərarını “Yeni Müsavat”a şərh edib. Politoloq deyib ki, Gürcüstan bu yolla dünyaya bir növ mesaj vermək istəyir:

“Gürcüstanın marixuananı leqallaşdırması, Avropaya yaxınlaşması ilə bağlı deyil. Onu qeyd edək ki, Avropanın bir sıra ölkələrində marixuananın istifadəsinə qadağa var. İkinci məsələ ondan ibarətdir ki, onlar yenə də istehsalat və satışa icazə vermirlər. Sadəcə olaraq, bəzi yerlərdə leqal dozalarda satışa icazə verilir. Müəyyən bir insanın üzərində böyük dozada marixuana tapıldıqda isə o, istintaqa cəlb olunub, bunu kimdən alması müəyyənləşdirilə bilər. Eyni zamanda, bu məsələ həm də dövlətin siyasi iradəsindən asılıdır. Dövlət belə bir mesaj ötürür ki, biz ümumiyyətlə, azadlıqların çərçivəsini artırırıq. Bu kontekstdə bildirmək istəyirlər ki, hətta marixuananın da istifadəsinə icazə veririk. Misal üçünb dövlət siqaretə qadağa qoya bilməz. Çünki siqaretin çəkilməsi səbəbindən heç kim dərhal ölmür. Ancaq heroin belə deyil. Artıq miqdarda bu maddənin istifadəsi nəticəsində insan dərhal ölə bilər. Dövlət də bunu məhdudlaşdırır. Kokain deyə bir maddə var ki, onun da bəzi ölkələrdə bir müddət sonra istifadəsinin leqallaşdırılması mümkündür. Nəticə olaraq deyə bilərik ki, Gürcüstan bu qərarla mesaj verir ki, azadlıqların çərçivəsini genişləndirir. Bir çox dövlətlərdə insanlar həqiqətən də marixuananı istifadə edirlər. Ona görə də Gürcüstan hökuməti bu şəkildə insanları cinayət məsuliyyətindən müəyyən qədər azad etməyə çalışır”.


Politoloq bildirib ki, Azərbaycanda marixuananın istifadəsinə icazə verilməsi xoşagəlməz nəticələrə səbəb olar: “Ümumiyyətlə, marixuananın istifadəsinə yaxşı baxmıram. Heç siqaretin də bir çox yerlərdə çəkilməsi doğru deyil. Əgər Azərbaycanda marixuana çəkilməsinə icazə verilsə, bir çox gəncimiz bundan istifadə edəcək. Siqaret çəkən insanlar bunu da istifadə edə bilərlər. Bu isə cəmiyyət üçün pis nəticələrə səbəb olar. Doğrudur, marixuana insan sağlamlığına digər narkotik maddələr kimi ziyan vurmasa da, bunu istifadə edən insanlar aqressivləşməsə də istifadəsinə yaxşı baxmıram. Mərkəzi sinir sisteminə marixuananın da mənfi təsiri var. Ailələrin dağılması və digər bu kimi halların sürətlənməsinə də təkan verə bilər. Ona görə də hesab edirəm ki, Azərbaycanda bu maddənin istifadəsinin leqallaşdırılması doğru olmaz”.


MilliYol.Az

Etiket:

Digər xəbərlər

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az