• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

Ermənilərin 250 milyon dollarlıq silahlarının sirri

18:02 24.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Erməni mətbuatını diqqətlə araşdırdıqda 2016-cı ilin aprel ayında Ermənistanın 250 milyon dollarlıq silah aldığını və baş nazir Ovik Abramyanın bu məqsədlə Dünya Bankından aşağı faizlə alınmış vəsaitləri sərf etdiyini düşünmək olar.

Anspress-in məlumatına görə, Ermənistanın  apreldə 250 milyon dollarlıq silah və hərbi texnika alması fikrini ortaya ilk dəfə “Haykakan jamanak” qəzeti atıb. Ermənistanın gömrük xidmətinin aprel ayı üçün dərc etdirdiyi göstəriciləri tədqiq edən qəzet yazır ki, 2016-cı ilin aprel ayında Ermənistanın idxalı 2015-ci ilin aprel ayına baxanda iki dəfədən çox artıb. Əgər 2015-ci ilin aprel ayında Ermənistana 204 milyon dollarlıq mal idxal edilibsə, 2016-ci ilin aprel ayında bu rəqəm 455 milyon dollar olub.

“Haykakan jamanak” bunu ay ərzində idxal edilən hərbi texnika və sursat ilə əlaqələndirib. Ermənistan ordusunun məhz bu sursatla aprelin sonlarında cəbhə xəttində fəallıq göstərməsi və Azərbaycanın yaşayış məntəqələrini aramsız atəşə tutması da ehtimallar arasındadır.

Ermənistanın xarici borcunun 9 miyard dollara çatdığı və adambaşına düşən xarici borcun 3 min dollar olduğu nəzərə alınarsa, 250 milyon dolların İrəvan üçün böyük rəqəm olduğunu anlamaq olar. Təsadüfi deyil ki, aprel müharibəsi günlərində erməni mətbuatının əsas ağısı Rusiyanın kreditlə verməli olduğu 200 milyon dollarlıq silahın üzərində qurulmuşdu. Ermənilər elliklə həmin silahın gecikdirilməsindən narahat idilər.  


Azərbaycan və Ermənistan ordularının hərbi texnikasının müqayisəsi (Mənbə: BBC)

Rusiya Ermənistana nisbətən dəqiq silahlar - “Smerç”, “Solntsepek” sistemləri, habelə “İqla-S” zenit-raket kompleksləri, “Konkurs” tank əleyhinə raketləri, RPG-26 qumbaraatanları, “Tiqr” zirehli maşınları, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat vasitələri, mühəndis və rabitə qurğuları, T-72 tanklarının və PDM-lərin modernizasiyası məqsədilə işlədiləcək cihaz və vasitələr söz verib. Ermənilər bununla Ermənistan ordusunun Azərbaycan ordusundan geriliyinin nisbətən aradan qaldırılacağını düşünürlər.

Amma cəbhə xəbərlərindən belə görünür ki, Ermənistan ordusu apreldə əldə etdiyi həmin 250 milyon dolları silah yox, sursat - mərmilər, partronlar, kəşfiyyat vasitələri almağa sərf edib. Ermənistan ordusunun başıpozuq dəstələri aprelin sonlarında cəbhə xəttinə yaxın Azərbaycan yaşayış məntəqələrini məhz bu mərmilərlə atəşə tutmuşdu.

Mərmilərin alınması üçün vəsaitləri sərf edilən beynəlxalq maliyyə qurumlarının sırasında ilk ağıla gələn Dünya Bankı olur. Erməni şərhçi  Naira Hayrumyanın yazdığına görə, bu ilin birinci yarısında Ermənistan hökuməti Dünya Bankı və digər beynəlxalq qurumlardan sosial layihələr adı altında 0,5 milyard dollar vəsait alıb. Bu layihələrin əksəriyyəti müəyyən səbəblərə görə gerçəkləşdirilməyib və borc dövlətin boynuna yazılıb. 

Naira Hayrumyan həmin layihələrdən biri kimi Gərni dərəsindən  keçmiş Artaşat rayonunda yerləşən Kaxsraşen kəndinə kimi su kəmərinin çəkilməsini göstərib. Layihə gerçəkləşdirilməyə başlayan kimi Gərni kəndinin sakinləri ayağa qalxaraq etiraz mitinqləri keçiriblər. Baş nazir Ovik Abramyan dərhal mitinq iştirakçıları ilə görüşüb layihəni dayandırıb. 

Regionu yaxşı tanıyanlar mitinqin qurama olduğunu dərhal anlayırlar. Etiraz edən Gərni sakinləri susuz qalacaqlarını iddia edirlər. Halbuki, Kaxsraşen kəndinə su Gərnidən çox-çox aşağıdan - Azat su anbarından çəkilməli idi. Yəni anbardan artıq su aparılmasının Gərni camaatına heç bir dəxli  yoxdur.

Maraqlıdır ki, məsələ ilə bağlı jurnalistlərlə görüşən Ovik Abramyan çox böyük əminliklə  Ermənistana Rusiyadan silahlar gətirildiyini bildirib: "Proses plana uyğun gedir. Heç bir problem yoxdur. Proses başlayıb".

Ovik Abramyanın bu proseslərdə fəallıq göstərməsi 2018-ci ildə keçiriləcək prezident seçkilərində onun Serj Sarkisyanı əvəz edəcəyini  ehtimal etməyə imkan verir. Bu isə Ermənistanda "Qarabağ" klanının hakimiyyətinin sona çatması olacaq. Aprel döyüşlərindən sonra Serj Sarkisyanın klanın böyük rəqibi Levon Ter-Petrosyanın evinə qonaq gedərək məsləhət alması Moskvanın bu yerdəyişməyə qərar verdiyini ortaya çıxarır. Ovik Abramyanın sosial layihələrə ayrılan pulları silaha xərcləməsinə göz yuman Qərb də bu yerdəyişməyə hazırlaşır və görünür, gələcək prezidentlə indidən isti münasibətlər qurur.

Qarabağda doğulmuş Naira Hayrumyanın və digər qarabağlı jurnalistlərin Ovik Abramyanı mütəmadi tənqid etməsi də bu ehtimalları artırır. Onlar ənənə üzrə qarabağlı Seyran Ohanyanın prezident olmasını arzulayırlar. Buna görə də Ermənistan ordusunun aprel döyüşlərində qəhrəmanlıqlar göstərməsi barədə əfsanələr uydururlar. 

Azərbaycan da bu dəyişikliyə hazır olmalıdır. Hər halda, Ter-Petrosyanın prezidentliyi dövrü göstərdi ki, vəziyyəti real görməyi bacaran İrəvan erməniləri qarabağlılara nisbətən daha peşəkardırlar.  Onlar müəyyən diplomatik gedişlər edərək Azərbaycan üçün ciddi problemlər yarada bilərlər. Rəsmi Bakı indidən buna hazır olmalıdır. 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az