Azərbaycanda internetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
"Bu ay Azərbaycandakı internet opertorlarının təqdim etdiyi internetin orta sürəti 80,54 mb/s olub. Ayrı-ayrı bölgələr üzrə bu rəqəm fərqli ola bilər. Bu gün ölkədə 250-377 mb/s sürət almaq da mümkündür. Biz hazırda provayderlərlə işləyirik, onları dəvət edirik, məktublar göndəririk, ümumilikdə işlər gedir. İnternetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur. Əgər bir küçədə istifadəçilərdən biri 371 mb/s sürət alıb, digəri ala bilmirsə, bu, artıq xidmət təminatçısının problemi deyil. Yəni problem kökdən yaranmır", - deyə o qeyd edib.
"Bu gün Azərbaycanda internet bazarı həm kəmiyyətə, həm də keyfiyyətə görə özünü tənzimləməlidir. Elə bir mərhələyə gəlib çıxmalıyıq ki, şirkət özü keyfiyyətli xidmət göstərməkdə maraqlı olsun ki, ondan imtina etməsinlər. Polis formasında şirkətlərə nəzarət et ki, sən işləyə bilmirsən, bazarı tərk et, bu, olmayacaq. Nə mövcud, nə də hazırlanan qanunda keyfiyyətsiz xidmətə görə hansısa şirkətin fəaliyyətinə xitam verilməsi yoxdur", - deyə N.Mərdanov əlavə edib.//Report.az
Digər xəbərlər
loading...