• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

XİN: Antiterror tədbirlərini Ermənistanın “etnik təmizləmə” kimi qələmə verməsi qəbuledilməzdir

12:44 19.09.2024 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin Qarabağ iqtisadi rayonundan tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir.

Bu barədə MilliYol.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhpərvər ölkə olduğunu iddia etməsinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın “Dağlıq-Qarabağ” kimi qondarma adlarla çağırılması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizliyin bariz nümunəsidir:

"Ötən ilin 19-20 sentyabr tarixləri arasında Silahlı Qüvvələrimiz tərəfindən cəmi 24 saatdan az bir müddətdə öz suveren ərazilərimizdə aparılan antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib. Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Ermənistanın 2020-ci il Vətən müharibəsində düçar olduğu məğlubiyyətə və qəbul etdiyi öhdəliklərə baxmayaraq və 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində öhdəliklərinə zidd şəkildə, nəinki öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürdüyü məlum idi. Azərbaycana qarşı mina terrorunu davam etdirən Ermənistan, zaman keçdikcə onun daha geniş vüsət almasına rəvac verirdi. Ermənistan rəsmiləri hər vəchlə ərazilərimizdə saxladıqları qondarma rejimin təbliğatını apararaq, Ermənistan baş naziri 2 sentyabr 2023-cü il tarixində qondarma “müstəqillik” ilə bağlı separatçı rejimə təbriklərini çatdırdı".

Məlumatda o da qeyd olunub ki, Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan Ermənistanın heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması əsas şərtlərdən olub:

"2023-cü ilin sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşının həlak olması isə Azərbaycanın səbir kasasının daşmasına səbəb oldu və antiterror tədbirlərini qaçılmaz etdi. Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər. Bu onların azad seçimi idi və bunu “etnik təmizləmə” kimi qələmə vermək, Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıları kütləvi şəkildə qovan, soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın riyakarlığını nümayiş etdirir".

Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb:

"Bu baxımdan Azərbaycanın regionumuzun təhlükəsizliyi və tərəqqisi naminə sülh prosesinin təşəbbüskarı olduğu və bu istiqamətdə həqiqi səylər göstərdiyi məqamda Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların qalması qəbuledilməzdir və Ermənistan tərəfindən tarixi sülh fürsətinin əldən verilməməsi üçün sözügedən iddiaların aradan qaldırılması istiqamətində tezliklə lazımi adekvat addımların atılması zəruridir. Azərbaycan xalqı və dövləti üçün bu tarixi önəmli gündə bir daha Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən vətən övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik. Şanlı Silahlı Qüvvələrimizlə fəxr edir, dövlətimizin və xalqımızın hər zaman müzəffər olmasını diləyirik!".

 


Etiket:

Digər xəbərlər

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

05.06.2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az