Ukraynalı model Alina Baykova maraqlı açıqlama verib. MilliYol.Az xəbər verir ki, "1+1" kanalına danışan model ölkəsinin prezidenti olmaq istəliyini bildirib.
Alina deyib ki, 40 yaşına çatan zaman Ukraynanın yeni prezidenti olacaq: “Dostlarıma dedim ki, 40 yaşım olanda Ukraynanın yeni prezidenti olacağam. Biz demokratik ölkəyik, lakin bizim demokratiyada yanlışlıqlar var. Mən Ukraynanı necə dəyişdirəcəyimi bilirəm. Bizim yaxşı ölkə olmağımız üçün əla potensialımız var. Biz hər kəslə, o cümlədən Rusiya ilə dost olmalıyıq. Müharibə olmamalıdır”.
Qeyd edək ki, 25 yaşlı Baykova hazırda ABŞ-da yaşayır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...