• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Ermənipərəst senator və həyat yoldaşı ABŞ-da xarici agent elan olundu

11:59 13.10.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan senatoru, ötən ay rüşvət alaraq siyasi “yaxşılıqlar” etməkdə ittiham edilmiş Robert Menendezə qarşı yeni ittiham aktı irəli sürülüb.

Trend xəbər verir ki, bu barədə “The New York Times“ nəşrinin məlumatında bildirilib. Qeyd olunub ki, Menendez bu dəfə Senatın xarici əlaqələr komitəsində çalışdığı dövrdə Misir agenti kimi fəaliyyət göstərməkdə ittiham edilir.

Belə ki, federal prokurorlar Robert Menendezi, onun arvadı Nadine Menendezi və üçüncü müttəhim Uael Hananı Ədliyyə Departamentində qeydiyyatdan keçirmədən senatorun Misirin xeyrinə işləməsini təşkil etməkdə ittiham ediblər.

Prokurorlar hakimdən Nyu Cersi ştatında Menendez ailəsinə rüşvət kimi verilmiş mənzilin, həmçinin Mersedes-Benz markalı avtomobilin müsadirə edilməsini istəyiblər.

Sözügedən əməllərin Menendezin sadiqlik və inamla bağlı Senat qarşısında ABŞ konstitusiyasına etdiyi andını pozan əməllər olduğu və ona vəzifəsindən istefa verməsi üçün təzyiqləri artıracağı vurğulanıb.

İttihamda onu dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsini qadağasını açıq şəkildə pozduğu qeyd olunub.

“Görünür, ABŞ-də ilk dəfə olaraq vəzifədə olan senator 2-ci Dünya Müharibəsi dövrünün Xarici Agentlərin Qeydiyyatı Aktında nəzərdə tutulan davranışlarda ittiham edilir”, - “The New York Times“ın araşdırmasında bildirilib.

Vurğulanıb ki, FBİ rəsmiləri və prokurorlar 69 yaşlı Robert Menendez, arvadı 56 yaşlı Nadine Menendez, Uael Hana və digər iki biznesmenə qarşı ötən ay irəli sürülmüş ittihamda Menendez ailəsinin yüz minlərlə dollar, qızıl külçələri və Mersedes-Benz qarşılığında senatorun nüfuzundan istifadə edərək ABŞ-ın Misirə yardımlarının və hərbi satışlarının artırılması sxemi qurublar.

Yeni ittiham aktına əsasən 2018-2022-ci illərdə Menendez, onun arvadı və Uael Hana müxtəlif yerlərdə misir rəsmiləri ilə görüşüb və senatorun rüşvət müqabilində Misir agenti kimi fəaliyyət göstərməsini təşkil ediblər.

Qeyd olunub ki, Nadine Menendez 2019-cu ilin mayında Vaşinqtondakı steyk restoranında “Mənim sevgilim sizin üçün başqa nə edə bilər” sualı verib.

Lakin ötən ay keçirilmiş məhkəmə dinləməsində müttəhimlərin heç biri özünü müqəssir hesab etməyib.

Qeyd olunub ki, Kubalı imiqrantların övladı olan Robert Menendezin ofisi məsələ ilə bağlı bəyanat yayıb.

“Mən həyatım boyunca yalnız bir ölkəyə - ailəmin demokratiyada və azadlıqda yaşamaq üçün seçdiyi ABŞ-a sadiq olmuşam. Ard-arda ittihamların irəli sürülməsi onları doğru etmir”, - bəyanatda qeyd olunub.

Ötən ay ilk ittiham aktı irəli sürüldükdən sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən ayrılıb, lakin o, demokratların Senatdan istefa vermək tələbini qəbul etməyib.

Ötən gün Nyu Cersi və Vaşinqtondan olan bəzi senatorlar daha da irəli gedərək onun Senatdan qovulmasının səsə qoyulmasına çağırıblar.

İttiham aktında senator Menendez digər senatorlara Misir hökuməti rəsmiləri adından məktub yazaraq 300 milyon dollarlıq ABŞ yardımını sərbəst buraxmağa inandırmağa çalışmaqda ittiham edilib.

Qeyd olunub ki, Robert Menendez məktubu arvadı Nadine Menendezin təkidi yazıb və daha sonra ona öz şəxsi emaili vasitəsilə göndərib. Nadine Menendez isə Uael Hanaya göndərib və sonuncu emaili Misir rəsmilərinə ötürüb.

İttiham aktında qeyd olunub ki, Robert Menendez Xarici Agentlərin Qeydiyyatı Aktının tələblərindən tam xəbərdar olub. Belə ki, o, həmin dövrdə Ədliyyə Departamentindən Floridadan olan sabiq respublikaçı konqres üzvünün Venezuella ilə əlaqələrində görə sözügedən qanunu pozub-pozmadığını araşdırmasını istəyib.

Qeyd edək ki, bu Menendezə qarşı ilk korrupsiya ittihamı deyil. O, 2015-ci ildə zəngin göz həkimindən 1 milyon dollara yaxın dəyəri olan hədiyyələr, bahalı səyahətlər həmçinin siaysi kampaniya töhfələri almaqda ittiham edilib. İş 2017-ci ildə məhkəməyə təqdim olunsa da jürinin yekun qərar qəbul edə bilməyib.

 


Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az