• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Qarabağda yaşayan erməniəsilli sakinlərə müraciət: "Doğru seçim edin"  

16:52 19.09.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycan Ordusunun Qarabağda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməniəsilli sakinlərə müraciət olunub.

MilliYol.az xəbər verir ki, müraciət Azərbaycan, rus və erməni dillərində hazırlanıb və vərəqə formasında dərc olunub.

Müraciətdə deyilir:

"Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün tədbirlər həyata keçirir. Məqsəd 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Əmin olun ki, sizin həyatınız Azərbaycan dövləti üçün çox qiymətlidir. Buna görə də tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durun. Qanunsuz hərbi xuntanın heç bir əmrinə, göstərişinə tabe olmayın. Hərbi geyim geyinməyin və üzərinizdə silah daşımayın. Bu, Sizi legitim hədəfə çevirə bilər. Yaşadığınız evlərdən çölə çıxmayın, orada təhlükəsiz şəkildə qalın.

Azərbaycan əsgəri xilaskardır! Sizi hərbi xuntanın əsarətindən xilas etmək üçün gəlir!

Azərbaycan çoxmillətli ölkədir, burada 30-a yaxın etnik qrup yaşayır. Uzun illər sizə tam başqa mənzərə təlqin olunsa da, əmin olun ki, bu ölkədə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüququ qorunur, insanlar əminamanlıq şəraitində yaşayırlar. Siz də onlar kimi rahat, firavan həyat sürə bilərsiniz! Buna görə də içərinizdə döyüşənlər varsa, dayanın və yaxşı fikirləşin. Siz öz dövlətinizə - Azərbaycan Respublikasına qarşı silah qaldırırsınız. Bu, yanlış, sizin həyatınızı təhlükəyə atan yoldur. Əgər siz döyüş postlarındasınızsa, mümkün qədər oranı tez tərk etməlisiniz. Əyninizdəki hərbi formaları çıxarıb silahları yerə qoymalısınız. Azərbaycan əsgəri heç vaxt dinc insanlara atəş açmır.

Sizin hesabınıza Ermənistan rəhbərliyi və onun Qarabağdakı oyuncaq rejiminin başında duranlar varlanıb, harınlayıb. Onlar xarici ölkələrdə böyük sərvət sahibidirlər və gələcəklərini düşünmürlər. Buna görə də özləri gizlənib sizi qabağa verərək şəxsi ambisiyaları üçün qurban verirlər. Erməni xalqı öz daxili düşmənlərini artıq yaxşı tanıdı. Biz siyasi oyunbazlara görə düşmən olmamalıyıq, Azərbaycan əskəri düşmən deyil, sizə heç vaxt zərər vermək istəməz. Onlar sizi cinayətkarların əlindən qurtarmağa gəliblər. Müqavimət göstərməyin, Azərbaycan dövləti sizin təhlükəsizliyinizə zəmanət verir.

Təhlükəsizliyiniz sizin üçün ən düzgün qərardır. Qanunsuz rejimin yalan vədlərinə inanmayın. Onlar 30 il sizə ancaq vədlər verdilər, özləri isə rahat kreslolarda oturub, sadə insanlara çatacaq pulları mənimsəyib firavn həyat qurdular. İndi də sizin arxanızda gizlənirlər. Bu gün onların yalanlarına inanıb silaha sarılan gənclər sizin övladlarınızdır. Onları yanlış yoldan çəkindirin, həyatlarını qoruyun.

Təhlükəsiz yaşamaq istəyirsinizsə, ətrafınızı Ermənistan ordusunun bölmələrindən təmizləyin, onların geri - Ermənistana qayıtması üçün dirəniş göstərin. Qeyri-qanuni hərbi dəstələri silahlarını yerə qoymağa, müqavimət göstərməməyə məcbur edin. Qarabağda qanunsuz silahlı dəstələrin, cinayətkarların mövcudluğuna son qoyulmalıdır. Bilirik ki, zülmün, qorxunun, qeyri-müəyyənliyin bitməsi sizin də arzunuzdur. Bu arzunun gerçəkləşməsi, sülh, rifah və birgəyaşayış üçün çalışın.

Qarabağda bir nəfər də olsun qanunsuz hərbçi qalmayacaq, hamısı tərkisilah olunacaq. Əgər sizi qanunsuz silahlı dəstələrə cəlb ediblərsə, 44 günlük müharibəni yada salın və başa düşün ki, Azərbaycan Ordusuna müqavimət mənasızdır. Silahı yerə qoyun və təslim olun. İndi emosiyalara deyil, ağıla üstünlük vermək zamanıdır.

Ehtiyatlı olun, qanunsuz rejim təmsilçilərinin müraciətlərinə inanmayın, göstərişlərinə əməl etməyin. İlk imkanda sizə qida və digər zəruri tələbat məhsulları çatdırılacaq. Yardima ehtiyacı olanlar Azərbaycan hərbçilərinə yaxınlaşa və müraciət edə bilərlər. Onlar sizin problemlərinizi həll etmək üçün əllərindən gələni edəcəklər.

Azərbaycan sizin sülh və rifah içində yaşamağınızı arzulayır. Bunun üçün sizi 30 ilə yaxın qorxu içərisində saxlamış hərbi xuntanı zərərsizləşdirir. Övladlarınız bu torpaqlarda silahla deyil, öz zəhmətləri ilə yaşamalıdır. Bu torpaqlar çiçəklənməli, insanlar xoşbəxt olmalıdır. Kimlərinsə maraqları naminə deyil, xoşbəxtliyiniz uğrunda mübarizə aparın. Sizə təhlükəsiz və ləyaqətli həyat, öz evlərinizdə doğmalarınızla birlikdə rahat yaşayış, iqtisadi dirçəliş və sosial rifah təklif olunur. Xarici ölkələrdə özlərinə rahat həyat quranların yalan vədlərinə inanmayın, sizi aldatmasına, sizdən vasitə kimi istifadə etməsinə imkan verməyin. Siz Azərbaycan vətəndaşı kimi daha ləyaqətli həyata layiqsiniz!

Cinayətkar rejim sizi və doğmalarınızı Azərbaycan əsgərləri ilə döyüşməyə çağırır, amma öz ailə üzvlərini müxtəlif yollarla Qarabağdan çıxarırlar. Övladlarınızı mənasız ölümdən xilas edin. Azərbaycan sizə dostluq və sülh arzulayır. Heç kimin, heç bir xarici ölkənin yalan vədlərinə inanmayın. Təhlükəsizlik zəmanətini sizə Azərbaycan dövləti verir. Ölkəmizin digər sakinləri kimi, siz də barış və rifah içərisində yaşamalısınız.

Ermənistanın və Qarabağdakı cinayətkar rejimin apardığı təbliğat erməni əhalidə belə bir qənaət yaradıb ki, Azərbaycan etnik təmizləmə siyasəti həyata keçirmək, Qarabağdan erməniləri çıxarmaq istəyir. Əgər belə bir niyyət olsaydı, Azərbaycan 2020-ci ilin noyabr ayında müharibəni dayandırılmazdı. Həmin dövrdə heç bir qüvvə Azərbaycan Ordusunun Zəfər yürüşünün qarşısını almaq gücündə deyildi. Amma Azərbaycan dövləti sülhü seçdi, Qarabağda yaşayan əhaliyə dostluq əlini uzatdı. Çünki Azərbaycan çoxsaylı xalqların bir yerdə mehriban taşadığı bir ölkədir. Biz əminik ki, insanlar arasında barış və birgəyaşayış mümkündür. Sizin də bu həqiqəti qəbul etməyiniz və bu ölkənin vətəndaşları kimi yeni gözəl həyata qovuşmağınız lazımdır.

Torpaqlar işğaldan azad edildikdən sonra dağıdılmış şəhər və kəndlərin mənzərəsi hamını dəhşətə gətirdi. Uzun illər sizin adınıza yığılan pullarla var-dövlət sahibi olmuş qondarma rejim başçıları nəinki talançılıqla kifayətlənmədi, hətta bu bölgədə yaşayan sadə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün belə heç bir iş görmədi. Əks təqdirdə siz gözəl evlərdə yaşayar, təminatlı həyatınız olardı. Azərbaycan dövləti isə son 3 ildə Qarabağda şəhərləri, kəndləri bərpa edir, yeni müasir infrastruktur yaradır. Şuşada, Laçında, Füzulidə, Zabuxda, Ağalıda və digər yerlərdə həyata keçirilən böyük quruculuq işləri buna bariz nümunədir. Biz birlikdə Qarabağı dirçəltməyə qadirik. Bu işdə sizin də iştirak etməyinizi istəyirik. İndi silah, müharibə, qarşıdurma zamanı deyil. İndi quruculuq, və barış vaxtıdır.

Uzun illər Robert Koçaryan, Serj Sarkisyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan və onların ətrafı sizi aldadaraq, istismar edərək, ölümə göndərərək özləri üçün var-dövlət topladılar, güzaran qurdular. Hər dəfə də vəziyyət gərginləşdikdə yaxalıarını kənara çəkdilər və sizi acı taleyinizlə üz üzə qoydular. Siz güclü, inkişaf edən, öz vətəndaşına rifah, təhlükəsizlik, əminamanlıq verən Azərbaycan dövlətinə deyil, bu cinayətkarların yaratdığı qondarma rejimə sığındınız.

Sizə boş vədlər verənlər yenə həmişəki kimi qaçıb gizləniblər. İndi sınaq, tarixi seçim anıdır. Doğru seçim edin".

 


Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az